Icma.az
close
up
RU
Qərbi Kaspi Universiteti Avropa ali təhsil məkanında mövqeyini gücləndirib

Qərbi Kaspi Universiteti Avropa ali təhsil məkanında mövqeyini gücləndirib

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qərbi Kaspi Universiteti beynəlxalq akkreditasiyalarla mövqeyini gücləndirir

Qərbi Kaspi Universiteti beynəlxalq akademik məkanda mövqeyini daha da möhkəmləndirərək akkreditasiya, keyfiyyət təminatı və müasir təhsil infrastrukturu sahələrində mühüm nailiyyətlər əldə edib.

APA-nın məlumatına görə, Avropanın yüksək nüfuzlu beynəlxalq akkreditasiya agentlikləri – ASİİN (Mühəndislik, informatika, təbiət və riyaziyyat sahələri üzrə Akkreditasiya Agentliyi) və FIBAA (Beynəlxalq Biznes İdarəetməsi Akkreditasiya Fondu) tərəfindən universitetin bir sıra ixtisaslarının beynəlxalq standartlara uyğun qiymətləndirilməsi ali təhsil müəssisəsinin qlobal akademik mühitdə artan nüfuzunun mühüm göstəricilərindən biri hesab olunur.

Tədqiqat universiteti modelində mühüm irəliləyiş

Universitetin son illərdə həyata keçirdiyi məqsədyönlü inkişaf strategiyası xüsusilə tədqiqat universiteti modelinin formalaşdırılması istiqamətində mühüm nəticələr verib. Son üç-dörd il ərzində universitetin elmi-tədqiqat bazası əhəmiyyətli dərəcədə gücləndirilib, dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər tədris və elmi fəaliyyətə cəlb olunub, universitetdə çalışan gənc tədqiqatçıların beynəlxalq standartlara uyğun elmi fəaliyyətlərdə iştirakı genişləndirilib. Bu yanaşma universitetin elmi nəticələrinin və beynəlxalq elmi platformalarda təmsilçiliyinin artmasına ciddi töhfə verib.

“Web of Science” və “Scopus” bazalarında yüksək göstəricilər

Hazırda Qərbi Kaspi Universiteti 12 ixtisaslaşmış ingilisdilli elmi jurnal nəşr edir. Həmin jurnallarda həm Azərbaycan, həm də xarici ölkə tədqiqatçılarının elmi işləri dərc olunur.Bütün bunların nəticəsi olaraq Universitet dünyada ən yüksək reytinqləri olan “Web of Science” və “Scopus” kimi nüfuzlu beynəlxalq elmi bazalarda, əsasən Q1 və Q2 kateqoriyalı jurnallarda çap olunan məqalələrin sayına görə ölkədə lider mövqeyinə yüksəlmişdir.

Universitet əməkdaşlarının məqalələrinə istinad sayı artıb

2026-cı ildə universitet əməkdaşlarının elmi məqalələrinə edilən istinadların sayına görə Qərbi Kaspi Universiteti ölkə üzrə birinci olub. Bu göstərici universitetin Azərbaycan elminin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə verdiyi töhfəni bir daha təsdiqləyir.

Beynəlxalq ekspertlərin universitetə səfərləri təşkil olunub

Beynəlxalq akkreditasiya prosesləri çərçivəsində ASIIN və FIBAA beynəlxalq agentliklərin təhsil ekspertləri universitetə bir neçə dəfə səfər edib. Səfərlər zamanı universitetin akademik proqramları, elmi-tədqiqat fəaliyyətləri, tələbə və profesor-müəllim heyəti habelə məzunlar və işəgötürən tərəfdaş müəssisələrin nümayəndələri ilə görüşərək, ikili diplom proqramları, innovativ layihələr və beynəlxalq tərəfdaşlıqlar, geniş şəkildə məlumatlar əldə ediblər. Nümayəndə heyəti universitetin müasir laboratoriyaları və tədris infrastrukturu ilə yaxından tanış olaraq yaradılmış şəraiti yüksək qiymətləndirib.


Bir sıra ixtisaslar beynəlxalq akkreditasiyadan keçib

Qərbi Kaspi Universitetinin bakalavriat səviyyəsi üzrə Biologiya (ixtisas kodu 050505), Su bioresursları və akvakultura (ixtisas kodu 050708), Ekologiya (ixtisas kodu 050504), Meşəçilik (ixtisas kodu 050706), Kompüter mühəndisliyi (ixtisas kodu 050631), Kompüter elmləri (ixtisas kodu 050509), İnformasiya texnologiyaları (ixtisas kodu 050616), İnformasiya təhlükəsizliyi (ixtisas kodu 050615), Cihaz mühəndisliyi (ixtisas kodu 050624), Mexatronika və robototexnika mühəndisliyi (ixtisas kodu 050629) ixtisasları, habelə magistratura səviyyəsi üzrə Biologiya (ixtisas kodu 060505) ixtisasının Genetika, Molekulyar biologiya ixtisaslaşmaları, Ekologiya (ixtisas kodu 060510) ixtisasının- Ətraf mühitin mühafizəsi və bərpa metodları ixtisaslaşması, beynəlxalq proqram akkreditasiyasından uğurla keçib.


İqtisadiyyat və idarəetmə ixtisasları Avropa standartlarına uyğun hesab olunub

Bununla yanaşı, Qərbi Kaspi Universitetinin İqtisadiyyat (ixtisas kodu 050405), Maliyyə (ixtisas kodu 050406), Marketinq (ixtisas kodu 050407), Menecment (ixtisas kodu 050408) və Biznesin idarə edilməsi (ixtisas kodu 050402) ixtisasları 2026-cı ilin mart ayında FIBAA-nın akkreditasiya agentliyi tərəfindən Avropa təhsil standartlarına uyğun hesab olunub. Bu akkreditasiyalar tələbə və məzunların beynəlxalq təhsil və əmək bazarına inteqrasiyası üçün geniş imkanlar yaradır.


Universitet institusional akkreditasiyadan da uğurla keçib

Eyni zamanda Qərbi Kaspi Universiteti lider mövqeyini davam etdirərək 2026-cı ilin aprel ayında ASİİN beynəlxalq akkreditasiya agentliyi tərəfindən institusional akkreditasiya qiymətləndirilməsindən də uğurla keçib. Bu uğur universitetin ümumilikdə Avropa ali təhsil məkanının keyfiyyət standartlarına uyğun fəaliyyət göstərdiyini təsdiqləyir.
Akkreditasiya proseslərinin nəticəsi olaraq universitetdə laboratoriya və tədqiqat infrastrukturu daha da gücləndirilib. Müasir texnoloji avadanlıqlarla təchiz edilən laboratoriyalar tələbələrin praktiki bacarıqlarının inkişafına, innovativ layihələrin hazırlanmasına və elmi-tədqiqat fəaliyyətinin genişlənməsinə mühüm töhfə verir.


Süni intellekt və innovativ mühəndislik laboratoriyaları fəaliyyət göstərir

Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində fəaliyyət göstərən “Ağıllı cihazlar mexanikası” laboratoriyası, “Deeptech süni intellekt tədqiqat və hesablama” laboratoriyası, “Data analitika və şəbəkələşmə” laboratoriyası, “Kompüter mühəndisliyi” laboratoriyası, “Geomatika” laboratoriyası, “Kimya və ətraf mühitin monitorinqi” laboratoriyası, “Genetika və molekulyar biologiya” laboratoriyası , “Biotexnologiya” laboratoriyası Tədqiqat Mərkəzinin “ Ekoloji və biomüxtəliflik tədqiqatlar”, “Meşə artımının təhlili və dendroxronologiya”, “Qida mühəndisliyi” laborotoriyaları universitetin elmi potensialının əsas göstəricilərindən hesab olunur.


Multidissiplinar elmi-tədqiqat imkanları genişlənir

Eyni zamanda Biznes və idarəetmə Məktəbində “Birja əməliyyatlarının simulyasiya” laboratoriyası, Filologiya və Tərcümə Məktəbində yaradılmış “Linqvistika” Tədqiqat Mərkəzi , Siyasi və İctimai Elmlər Məktəbində fəaliyyət göstərən “Siyasi Analiz və Diplomatik Simulyasiya” laboratoriyası, eləcə də Dizayn Məktəbinin xüsusi emalatxanaları universitetin multidissiplinar elmi-tədqiqat imkanlarını daha da genişləndirir.

Beynəlxalq akkreditasiya göstəriciləri, müasir elmi infrastruktur və artan elmi nəticələr Qərbi Kaspi Universitetinin qlobal təhsil məkanında mövqeyinin daha da möhkəmləndiyini, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldiyini və yüksək ixtisaslı mütəxəssis hazırlığında mühüm nailiyyətlər əldə etdiyini bir daha təsdiqləyir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://apa.az
archiveBu xəbər 12 May 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see361

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see332

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see326

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see270

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see257

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see248

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see236

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see232

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see229

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see225

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see222

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see220

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see216

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see203

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see194

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see186

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see185

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see177

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see177

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri