Icma.az
close
up
RU
Ali məktəblərdə yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Ali məktəblərdə yeni tədris ili başlayır: Tələbə yataqxanalarında yerlər var?

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər il ali məktəblərdə yeni tədris ili başlayanda yataqxana məsələsi də gündəmə gəlir. Xüsusən paytaxtda kirayə evlərin qiymətlərinin günü-gündən qalxması valideynlərə əl vermədiyindən, onlar övladlarının yataqxanada yerləşməsi, ümumən tələbə mühitində yaşaması üçün çalışırlar. Təəssüf ki, valideyn və tələbələrin bu narahatlığı həmişə asanlıqla çözülmür.

Təhsil eksperti İlham Əhmədovun sözlərinə görə, xüsusən paytaxtda universitetlərin yataqxana ilə təminatı aşağı səviyyədədir. "Universitetlərin təxminən beş faizinin yataqxanası var. Onlar da yalnız 5-10 faiz tələbəni yerlə təmin edə bilirlər. Bakıda mənzillərin kirayə qiyməti, təhsil haqqı günbəgün qalxır. Valideynlər üçün bu xərclər yük olur. Kirayədə qalan tələbələrin əksəriyyəti rayonlardan gəlir. Bu problemi həll etmək isə təkcə universitetin gücü daxilində deyil, dövlətin də dəstəyi lazımdır".

Hazırda paytaxt və bölgələrdəki universitetlərin yataqxana şəraiti ilə maraqlanmaq üçün bir sıra ali məktəbə sorğu ünvanladıq.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

BDU-da cəmi 220 yerlik yataqxana var

Bakı Dövlət Universitetindən bildirildi ki, universitetin Tələbə evi 220 nəfərlikdir: "Burada hər bir şərait var: camaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları ilə nəzarət və s. Əsasən şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları və s. qəbul edilir. Aylıq ödəniş 75 manatdır. Yeni yataqxananın tikilməsi ilə bağlı dövlət-özəl əməkdaşlığı çərçivəsində müzakirələr davam edir".

ADNSU həm yerli, həm də əcnəbi tələbələri düşünür

"Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yataqxanası köhnədir", - deyə universitetin mətbuat xidmətindən Elnur Hadıyev sualımızı cavablandırdı: "Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub". E.Hadıyevin sözlərinə görə, ADSU-nun yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar. Adətən əcnəbi tələbələr üstünlük təşkil edir. Yataqxana iki və üç nəfərlik otaqlardan ibarətdir. Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər biri 50, üç nəfər qaldıqda isə 34 manat ödəyirlər".

Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayevin verdiyi məlumata görə, universitetin böyük yataqxana kompleksi mövcuddur: "Onun əsas hissəsində məcburi köçkünlər məskunlaşıb, yalnız bir korpus əsaslı şəkildə təmir olunaraq tələbələrin istifadəsinə təqdim olunub. Burada təxminən 450 nəfərə yaxın tələbənin yerləşdirilməsi mümkündür. Həm oğlan, həm qız tələbələr, eləcə də əcnəbi tələbələr burada qala bilirlər. Yataqxanada qalma haqqı aylıq 50 manat təşkil edir. Bu vəsait təsərrüfat, kommunal, mühafizə və digər xərclərin qarşılanmasına sərf olunur. Həssas qruplara aid tələbələr - şəhid ailələrinin, müharibə veteranlarının övladları və digər imtiyazlı tələbələr ödənişdən azaddırlar". N.Abdullayev bildirdi ki, yataqxanada yerləşmək üçün tələbələr rayon qeydiyyatında olmalı və universitetə ərizə ilə müraciət etməlidirlər. Müraciət edənlər Tələbə Həmkarlar İttifaqı Komitəsinə (THİK) ərizə təqdim edir və orderlə təmin olunurlar. Tələbələrin təhlükəsizliyi daim diqqət mərkəzindədir. Yataqxana 7/24 təhlükəsizlik kameraları ilə müşahidə olunur, giriş-çıxış müəyyən olunmuş qaydalar əsasında tənzimlənir. N.Abdullayev qeyd etdi ki, AzMİU-nun əsas hədəflərindən biri yataqxana kompleksini tam şəkildə əsaslı təmir edərək tələbələrin istifadəsinə verməkdir: "Hazırda məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıdışı davam edir. Bu proseslə paralel olaraq universitet Elm və Təhsil Nazirliyi ilə birlikdə yataqxana kompleksinin yenidən qurulması və müasir tələblərə uyğunlaşdırılması üçün maliyyə imkanlarının cəlb olunması üzərində çalışır".

Yataqxanada pulsuz qalmaq imkanı təklif edilir

Sumqayıt Dövlət Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, universitetin Tələbə evi var və yeni tədris ilinə tam hazır vəziyyətdədir: "Burada 124 oğlan və 124 qız olmaqla, ümumilikdə 248 nəfərlik yer mövcuddur. Bundan əlavə, 17 çarpayı olmaqla 7 qonaq otağı da fəaliyyət göstərir. Yataqxana tam təmir olunub və tələbələrin rahatlığı üçün hər cür şərait yaradılıb. Hər mərtəbədə mətbəx və məişət otaqları, ümumi istifadədə isə geniş yeməkxana, oxu zalı və camaşırxana mövcuddur. 500 baldan yuxarı nəticə göstərən tələbələrimiz həm 200 AZN xüsusi təqaüd alır, həm də yataqxanada pulsuz qalmaq imkanı əldə edirlər".

Azərbaycan Dillər Universitetindən verilən məlumata görə, təhsil ocağında qızlar yataqxanası fəaliyyət göstərir: "Yataqxana 205 nəfərlikdir. Tələbəmiz olması yetərlidir ki, yataqxanada yerlə təmin olunsun. Bunun üçün valideynin icazəsi ilə bağlı sənəd, tələbə bileti və şəxsiyyət vəsiqəsinin surəti, sağlamlıq haqqında və yaşayış yerindən arayış, o cümlədən əlaqə nömrəsi təqdim olunmalıdır".

Mingəçevir Dövlət Universitetindən (MDU) bildirildi ki, hazırda ali məktəbin yataqxanası yoxdur: "Kampusun içərisində yataqxana tikintisi gedir. Orada 600 tələbə - 300 qız, 300 oğlanın qalması nəzərdə tutulub. Bu, 2-3 ilə başa gələcək bir prosesdir".

Yataqxanaların məcburi köçkün problemi

Sorğumuz zamanı öyrəndik ki, bəzi ali məktəblərin yataqxanaları torpaqlarımız işğal olunandan sonra məcburi köçkünlərin ixtiyarına verilib. Hazırda onların doğma yurdlarına köçməsi tam reallaşmadığı üçün yataqxanalar boşaldılmayıb. Məsələn, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) yataqxanası bu vəziyyətdədir. "Universitetin yataqxanası yoxdur. Uzun illərdir ki, orada məcburi köçkünlər məskunlaşıb" - deyə ADMİU-dan bildirildi.

Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) bildirildi ki, təhsil ocağının beş yataqxanası var və onların hamısında məcburi köçkünlər məskunlaşıb: "Məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra yataqxanalar yenilənərək tələbələrin ixtiyarına verilə biləcək. Amma UNEC-in Zaqatalada aprel ayında açılışı keçirilən 155 nəfərlik yataqxanası var. O binanın 145 yeri tələbələr üçün nəzərdə tutulub, 10 yerdə isə xaricdən gələn müəllimlər qalır".

Bakı Slavyan Universitetindən (BSU) bildirildi ki, ümumilikdə dörd yataqxanaları mövcuddur. Hazırda həmin yataqxanalarda məcburi köçkünlər məskunlaşıb və yalnız bir yataqxana qismən (2-ci və 4-cü mərtəbələri) BSU tələbələrinin istifadəsindədir. 2026-cı ilə qədər mövcud yataqxanaların əsaslı təmir olunması nəzərdə tutulub".

Azərbaycan Texniki Universitetin (AzTU) mətbuat xidmətindən verilən məlumata görə, onların da yataqxanasında qaçqın və məcburi köçkün ailələri məskunlaşıb: "Son illər binalarda 124 ailə yaşayırdı, lakin artıq 10 ailə doğma yurdlarına qayıdıb. Qalan 114 ailə hazırda həmin binalarda yaşayır. Yataqxana kompleksi tamamilə yararsız vəziyyətə düşüb. Binaların vəziyyəti yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiya sistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yararsız hala düşüb. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxananın təmir olunması və ya sökülərək yenidən tikilməsi ilə bağlı qərar qəbul olunacaq. Daha sonra isə tələbələrin istifadəsinə veriləcək".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see297

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see176

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see139

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see137

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see137

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see133

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see131

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see129

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see129

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see127

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see127

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see127

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see126

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see126

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see125

“Kristal Abşeron 2”dən yanğın, 2 nəfər xəsarət aldı

13 Dekabr 2025 01:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri