Icma.az
close
up
RU
Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?

Növbəti tədris ilində tələbə yataqxanalarında qiymət artımı olacaq?

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ali təhsil müəssisələrinə qəbuldan sonra qarşıda dayanan əsas məsələlərdən biri tələbələrin yataqxana problemi olur. Kimisi yer tapmaqda çətinlik çəkir, kimisi də qiymətlərlə razılaşmaq istəmir.

Növbəti tədris ilində tələbə yataqxanaları ilə bağlı vəziyyət necə olacaq? Qiymət artımları nəzərdə tutulurmu?

Milli.Az xəbər verir ki, Trend bir neçə ali təhsil müəssisəsinə məsələ ilə bağlı sorğu ünvanlayıb.

Azərbaycan Tibb Universitetindən cavab olaraq bildirilib ki, növbəti tədris ilində ATU-da yataqxana qiymətləri ilə bağlı hər hansı dəyişiklik nəzərdə tutulmur. Qiymət əvvəlki illə eyni olaraq qalacaq.

Bakı Dövlət Universitetindən qeyd edilib ki, BDU-nun Tələbə Evi 220 nəfərlikdir.

"Burada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Əsasən, şəhid, qazi övladları, valideynlərini itirmiş, sosial həssas qrupa aid olanların övladları qəbul edilir. Yataqxananın ödənişi 75 manatdır və növbəti tədris ili üçün hər hansı bir dəyişiklik nəzərdə tutulmur", - deyə əlavə edilib.

Lənkəran Dövlət Universitetindən isə bildirilib ki, hazırda 160 nəfərlik qızlar üçün, 250 yerlik isə oğlanlar üçün yataqxana fəaliyyət göstərir. Yataqxananın qiyməti 60 manat təşkil edir və qiymətlə bağlı dəyişiklik gözlənilmir.

Mingəçevir Dövlət Universitetindən qeyd edilib ki, Mingəçevir Dövlət Universitetində hazırda tələbə yataqxanası mövcud deyil.

"Universitetin 7 hektarlıq ərazidə yeni kampusu tikilmə prosesindədir. Həmin kampusun tərkibində 300 qız, 300 oğlan tələbənin yerləşə biləcəyi yataqxana kompleksi də nəzərdə tutulub. Tikinti başa çatıb kampus istifadəyə veriləndə qiymət və digər məsələlərlə bağlı məlumat verə bilərik", - deyə əlavə edilib.

Azərbaycan Dövlət İqtisad Universitetindən verilən məlumata görə isə, UNEC-n 5 tələbə yataqxanası mövcuddur:

"Həmin yataqxanalarda hazırda məcburi köçünlər yaşayır. Ona görə də yataqxanaları tələbələr istifadə edə bilmir. Məcburi köçkünlər köçürüldükdən sonra yataqxanalar yenidən qurularaq, tələbələrin istifadəsinə veriləcək".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən isə sorğuya cavab olaraq bildirilib ki, ADNSU yataqxanası köhnə yataqxanadır.

"Əvvəlki illərlə müqayisədə yataqxanalarda xüsusi bir dəyişiklik yoxdur, amma gələcəkdə təmir olunması nəzərdə tutulub. Ancaq bu barədə hələ qərar verilməyib, böyük yataqxanadır və bir neçə korpusdur. Nə zaman təmirə bağlansa və ya təmirdən sonra istismara verilsə, bu barədə məlumat verəcəyik.

Ümumilikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yataqxanası 320 nəfərlikdir. Burada həm yerli, həm də əcnəbi tələbələr qalırlar, əcnəbi tələbələr, adətən, üstünlük təşkil edir.

Yataqxana 2 və 3 nəfərlik otaqlar şəklində fəaliyyət göstərir. Bir otağın qiyməti 100 manatdır. İki nəfər qaldıqda hər biri 50, üç nəfər qaldıqda isə 34 manat vəsait ödəyirlər", - deyə əlavə edilib.

Təhsil ocağından vurğulanıb ki, yataqxana ödənişləri ilə bağlı hər hansı bir dəyişiklik gözlənilmir.

Naxçıvan Dövlət Universitetindən isə sorğuya cavab olaraq bildirilib ki, Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanası iki korpus şəklində olmaqla, 487 nəfər tələbə üçün nəzərdə tutulub.

"240 yer qızlar, 247 yer oğlanlar üçündür. Yataqxanada bir tələbənin illik ödənişi 800 manat olaraq müəyyənləşib. Qiymət artımı nəzərdə tutulmayıb. Naxçıvan Dövlət Universitetinin tələbə yataqxanasında otaqlar 2, 3 və 4 nəfərlikdir. Birinci mərtəbədə oğlanlara və qızlara aid bölmələrdə dərsə hazırlıq üçün elektron lövhə otağı və televizor - istirahət otaqları nəzərdə tutulub.

Həm qızlar, həm də oğlanlar üçün ayrı-ayrılıqda tennis, şahmat, hamam və vahid çamaşırxana yaradılıb. Bina təhlükəsizlik kameraları ilə tam təchiz olunub. Hər mərtəbədə oğlanlar və qızlar üçün mətbəx var. Tələbələrin istirahəti üçün yataqxana ətrafında yaşıllıq zolağı və asudə vaxtlarını səmərəli keçirmələri üçün istirahət yerləri yaradılıb, yataqxana telefon və internet (Wi-Fi) xətləri ilə təmin olunub", - deyə məlumatda qeyd edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 05 Avqust 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri