Icma.az
close
up
RU
ALİ MƏKTƏBLƏRDƏN QOPARILAN MİLYONLAR...” Sabiq deputat naziri ittiham etdi

ALİ MƏKTƏBLƏRDƏN QOPARILAN MİLYONLAR...” Sabiq deputat naziri ittiham etdi

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Nazir universitetlərin inkişafına yalnız əngəllər törədib”

“Azərbaycanın 6 universitetinin “QS 2026: Dünya Universitetləri" reytinqində TOP-1000-ə daxil olması Emin Əmrullayevi də sevindirib. Görəsən, Əmrullayev öz-özünə sual verir ki, bu işdə onun əməyi nədən ibarətdir?”

“AzPolitika” xəbər verir ki, bunu keçmiş deputat, elm və təhsil sahəsi üzrə tanınmış ekspert Etibar Əliyev “Facebook” səhifəsində yazıb.

“Gəldiyim qənaət budur ki, nazir universitetlərin inkişafına yalnız əngəllər törədib”, – o əlavə edib.

E.Əliyev daha sonra misallar çəkib: “Məsələn, E.Əmrullayev BDU-nun Himayəçilər Şurasının sədridir. Universitetdə təhsilin və elmin inkişafı naminə onun bir cümləsini eşidən olubmu?

Universitetlər tələbə sayından asılı olaraq hər il Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fonduna 800.000 manatdan 1,2 milyon manata qədər pul köçürür. Bu vəsaiti universitetlər öz maddi-texniki bazasını yaxşılaşdırmaq və tədqiqatlara yönəltmək üçün istifadə edə bilməzdilərmi?

Ali məktəblərdən qoparılan milyonlar nazirlik əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılmasına, mənasız qrantlara və tədbirlərə xərclənir.

Ali məktəblərə dərsliklərin yazılması və tərcüməsi üçün vəsait ayrılmır. Nəticədə yeni nəsil dərsliklərin tədrisdə və elmi tədqiqatlarda istifadəsi qənaətbəxş deyil.

Elm və Təhsil Nazirliyinin Kollegiya iclaslarında bir dəfə də olsun ali məktəblərdə təhsilin və elmin vəziyyəti müzakirə olunmayıb. Bu nazirlik bəlkə də ölkədə yeganə dövlət qurumudur ki, kollegiya iclası keçirmir.

Elm və təhsil naziri region ali məktəblərinin inkişafında maraqlı deyil. Məndə olan məlumata görə, region ali məktəblərinin rektorları nazirin qəbuluna belə düşə bilmirlər.

Elm və Təhsil Nazirliyi ali məktəblərdə distant təhsilin inkişafına heç bir töhfə verməyib. Nazirlikdə ali təhsili bilən bir mütəxəssis belə yoxdur”.

Ekspert daha sonra kifayət qədər muxtariyyət verilmiş Türk dünyasının universitetlərinin “QS 2026” Qlobal Reytinqindəki mövqeyini də təqdim edib:

Al-Farabi Qazax Milli Universiteti – 166

Orta Doğu Texniki Universiteti – 269

İstanbul Texniki Universiteti – 298

Qumilyov Avrasiya Milli Universiteti – 317

Koç Universiteti – 323

Satbayev Universiteti – 331

Boğaziçi Universiteti – 371

Sabancı Universiteti – 404

Bilkent Universiteti – 415

Daşkənd İrriqasiya və Aqrar Mexanikləşdirmə Mühəndisləri İnstitutu – Milli Tədqiqat Universiteti – 469

Azərbaycan universitetlərinin “QS 2026: Dünya Universitetləri” reytinqində yerləri:

-Bakı Dövlət Universiteti – 688

-Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) – 801–850

-Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 851–900

-Azərbaycan Texniki Universiteti – 851–900

-Bakı Mühəndislik Universiteti – 901–950

-Xəzər Universiteti / Khazar University – 951–1000

Eyni zamanda, bu reytinqə ilk dəfə daxil olan universitetlər:

-Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) – 1001–1200

-Sumqayıt Dövlət Universiteti – 1001–1200

-ADA Universiteti – 1201–1400

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 İyun 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri