Ali məktəblərə qəbul olmuş subbakalavrlar təhsilalma formasını dəyişdirə bilməyəcək
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsilalma formasını dəyişdirməsinə yol verilməyəcək.
APA-nın xəbərinə görə, Elm və Təhsil Nazirliyinin Kollegiyası bununla bağlı “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na dəyişiklik edib.
Qeyd edək ki, hazırda ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini, ixtisasını dəyişdirməsinə yol verilmir. Beləliklə, bundan sonra həmin subbakalavrların təhsilalma formasını dəyişdirməsinə də yol verilməyəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 31 İyul 2025 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















