Icma.az
close
up
RU
Subbakalavrlar ali təhsil ala bilməyəcək? RƏSMİ

Subbakalavrlar ali təhsil ala bilməyəcək? RƏSMİ

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qəbul qaydalarında edilən son dəyişikliklər bir qrup subbakalavrın narazılığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, oxu.az-a müraciət edən subbakalavrlar bildirirlər ki, bu il tətbiq olunan yeniliklər onların ali təhsil müəssisələrinə qəbul şansını əhəmiyyətli dərəcədə azaldır.

Subbakalavrların sözlərinə görə, 150 balla qəbul aparılan ixtisasların sayının artırılması nəticəsində subbakalavrların müsabiqədə iştirak etdiyi vakant plan yerlərinin sayı azalacaq.

"Xüsusilə I və II ixtisas qrupları üzrə bəzi ixtisasların 150 ballıq ixtisaslar sırasına daxil edilməsi subbakalavrların, əsasən də II ixtisas qrupu üzrə məzunların universitetlərə imtahansız qəbul imkanlarını azaldıb. Universitetlərə qəbulun əsas prinsipi bütün namizədlərin eyni meyarlarla qiymətləndirilməsinə əsaslanmalıdır. Biz də gecə-gündüz oxumuşuq, imtahanlardan keçmişik, kollec bitirmişik və gələcəyimizi qurmaq üçün ali təhsil almaq istəyirik. Bəs bizim günahımız nədir? Niyə subbakalavrların təhsilini davam etdirmək arzusu bu qədər asanlıqla gözardı edilir?" - deyə müraciətdə qeyd olunub.

Subbakalavrlar deyirlər ki, qəbul şansının azalması gənclərin təhsilə marağını zəiflədə və illərlə çəkilən zəhməti mənasızlaşdıra bilər.

Müraciətdə qeyd olunur ki, subbakalavrlar ali təhsil müəssisələrinə yalnız vakant plan yerləri üzrə qəbul olunduqları üçün yeni qaydalar onların vəziyyətini daha da çətinləşdirir.

Onların iddiasına görə, xüsusilə dövlət universitetlərində İT və mühəndislik istiqamətləri üzrə subbakalavr qəbulu da məhdudlaşdırılıb.

"Biz 3 il kollec təhsili alırıq, ixtisasımız üzrə nəzəri və praktik biliklər qazanırıq, yüksək ümumi orta müvəffəqiyyət göstəricisi toplamaq üçün çalışırıq. Amma sonda öz ixtisasımız üzrə ali təhsil almaq imkanımız məhdudlaşdırılır. Əgər subbakalavrların öz ixtisası üzrə ali təhsil almasına şərait yaradılmayacaqsa, bəs kolleclərin məqsədi nədir?" - müraciətdə vurğulanır.

Subbakalavrlar heç kimə üstünlük verilməsini istəmədiklərini, yalnız ədalətli yanaşma tələb etdiklərini bildirirlər.

Onlar təklif edirlər ki, subbakalavrlar üçün ayrıca plan yerləri ayrılmalı, abituriyentlər və subbakalavrlar ayrı-ayrı müsabiqələrdə iştirak etməlidirlər.

Bakıvaxtı.az-ın xəbərinə görə, Dövlət İmtahan Mərkəzindən (DİM) oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

Qeyd olunub ki, subbakalavrlar əvvəlki qaydada qəbul imtahanlarında iştirak etmədən də ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq hüququna malikdirlər:

"Qaydalara əsasən, ixtisas seçimi zamanı Nazirlər Kabineti tərəfindən müəyyən edilən ali təhsil müəssisələrinin ixtisasları üzrə qəbul planı çərçivəsində əvvəlcə abituriyentlərin, daha sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Bundan əlavə, qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq həm imtahanda topladığı balla abituriyent kimi ümumi qaydada, həm də qəbul imtahanında iştirak etmədən, orta ixtisas təhsili pilləsində bitirdiyi ixtisasa uyğun ali təhsil müəssisələrinin ixtisasları üzrə subbakalavr kimi keçirilən müsabiqədə iştirak edə bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Avqust 2026 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1016

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see503

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see406

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see313

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see311

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see285

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see248

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see220

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see216

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see210

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri