Icma.az
close
up
RU
Ali məktəblərimiz savadlı, bilikli mütəxəssislər yetişdirə bilmirlər Deputat

Ali məktəblərimiz savadlı, bilikli mütəxəssislər yetişdirə bilmirlər Deputat

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda orta məktəblərdə fəaliyyət göstərən psixoloqların da digər müəllimlər kimi sertifikatlaşdırma prosesində iştirak etməsi təklif olunur. 

Bəs məktəb psixoloqlarının sertifikasiya cəlb olunmasına ehtiyac varmı?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu barədə qərarları Elm və Təhsil Nazirliyi qəbul edir:

"Əgər belə bir ehtiyac olarsa, bu məsələyə baxıla bilər. Hesab edirəm ki, bundan daha çox önəmli olan məsələ məktəblərdə psixoloq ştatının sayının artırılması və daha çox psixoloqun məktəbə cəlb olunmasıdır. Bu gün məktəblərdə psixoloq ştatına ayrılan yer azdır. Ciddi çatışmazlıq var. İnstitut olaraq hələ ki, məktəblərdə bu öz rolunu oynamır və töhfə vermir. Biz bu barədə ciddi fikirləşməli və addım atmalıyıq ki, bu prosesi necə tənzimləyək".

Deputat əlavə etdi ki, digər önəmli məsələmiz isə psixoloq mütəxəssislərin hazırlanmasıdır.

"Hesab edirəm ki, bu da ciddi bir problemdir. Biz bu suala cavab verməliyik ki, nə dərəcədə savadlı psixoloq hazırlaya bilirik. Təəssüf ki, bu gün ali təhsil müəssisələrimiz savadlı, bilikli mütəxəssislər yetişdirə bilmirlər. Bu gün bazarda qeyri-peşəkar mütəxəssislər daha çoxdur. Ayrı-ayrı ölkələrdən sertifikat alıb fəaliyyət göstərənləri nümunə çəkə bilərik. Gələcəkdə digər sahələrdə olduğu kimi psixoloqların da sertifikasiyası məsələsinə baxmaq olar", - deyə Ceyhun Məmmədov fikrini yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 23 İyul 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri