Vəkillər ödənişlərini ala bilmirlər Deputat
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlət hesabına hüquqi yardım üçün ayrılan vəsaitin azaldılması nəticəsində bu ilin sentyabr ayından etibarən maliyyə tükənib və vəkillər göstərdikləri xidmətlərə görə ödəniş ala bilmirlər.
Axar.az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Bəhruz Məhərrəmov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat vəkillik fəaliyyəti ilə bağlı məsələnin həlli üçün hökumətin dəstəyinə ehtiyac olduğunu bildirib.
B.Məhərrəmovun sözlərinə görə, Vəkillər Kollegiyası 2026-cı ildə dövlət hesabına hüquqi yardım göstərilməsi üçün 13,5 milyon manat vəsait proqnozlaşdırsa da, bu məbləğ 9 milyon manata endirilib. Nəticədə cari ilin sentyabr ayından etibarən ayrılmış vəsait tükənib və vəkillər göstərdikləri hüquqi yardıma görə ödəniş ala bilmirlər.
Keçmiş vəkil olduğunu xatırladan deputat məsələnin həll edilməsini və ümumilikdə dövlət hesabına hüquqi yardıma ayrılan vəsaitin artırılması imkanlarına baxılmasını xahiş edib.
O vurğulayıb ki, hüquqi yardıma ayrılan vəsaitin artırılması dövlət üçün ciddi iqtisadi yük yaratmayacaq: “Nəzərə alaq ki, əslində bu, bütövlükdə ciddi iqtisadi yük yaradan məbləğ deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 17 Noyabr 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















