Icma.az
close
up
RU
Ali nümayəndədən ibtidai fikirlər

Ali nümayəndədən ibtidai fikirlər

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Cozep Borrel qalmaqallı açıqlamaları ilə yenə də diqqəti cəlb edib. O, Avropanı bağa, dünyanın qalan hissəsini cəngəlliyə bənzədib.

Demək istəyir ki, Avropa gül bitirir, çiçək açır, bar verir. Cəngəllikdə barsız ağaclar, kollar, sarmaşıqlar var, qaranlıq var, qorxu var...

Bu sözlər bu yaxınlarda Avropa İttifaqı Şurasının prezidenti "The Financial Times" nəşrinə müsahibəsini xatırlatdı. Cənab Mişel demişdi ki, Avropa başqa qitələrə, başqa ölkələrə, başqa xalqlara yuxarıdan aşağı baxır.

Tamamilə doğru fikirlərdir; Borrelin Avropanı bağa, qalan ölkələri cəngəlliyə bənzətməsi Şarl Mişelin dediklərini bir daha təsdiq etdi.

Bəli, bəlkə də Avropanı bağa bənzətmək olar. Ancaq orda elə ağaclar bitir ki... Özü də zəhərli bar verən ağaclar. Birinin meyvəsi ksenofobiyadır, o birisininki islamofobiyadır. Ayrıca türkofobiya da yetişir. Təzə bir ağac da əkiblər, Şvabeni də bağban təyin ediblər. Bu ağac da ancaq Azərbaycana nifrət yetişdirir. İrqi, milli, dini ayrı-seçkilik, diskriminasiya, neokolonializm, neonasizm... bir sözlə, nə desəniz var.

Borrel yəqin BMT-nin İnsan Hüquqları Komitəsinin, müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının hesabatlarına baxmayıb, oxumayıb. Oxusa, elə öz ölkəsi haqqında, yaxud Avropa İttifaqının qeyri-rəsmi siyasi "patron"u Fransa haqqında, yaxud paytaxtında oturduğu ölkə, eləcə də, onun qonşusu Niderland haqqında elə qandondurucu faktlara rast gələr ki!

İnsan alverindən tutmuş miqrantlara qarşı qeyri-insani rəftara qədər, milli və dini hisslərin təhqir olunmasına qədər hər cür hallar var bu "bağda". Fransanın öz Daxili İşlər Nazirliyi etiraf edir ki, polis orqanlarında işgəncələrə dözməyib dünyasını dəyişənlərin sayı ilbəil artır, qarşısı da alınmır. Həbsxanalar tam bir cəhənnəm. Bunlar da beynəlxalq təşkilatların hesabatlarında yer alır.

Hər şeyi bir yana qoyaq. Avropanın bir sıra tərifli "demokratik" dövlətləri XXI əsrdə hələ də müstəmləkələr saxlayırlar. Fransa Yeni Kaledoniyada yerli xalqı gülləbaran edir. Borrel hansı gül bağçasından danışır?! Şərqi, Cənubi Avropanın nisbətən yoxsul ölkələrindən, eləcə də, Ukraynadan və Moldovadan gənc qızları, qadınları kütləvi şəkildə cinsi istismara cəlb edir, qul kimi alıb-satırlar. Ölkələrini dağıdıb özlərini qaçqına çevirdikləri miqrantları qul yerinə ən ağır, çirkli işlərdə yarımleqal vəziyyətdə işlədirlər. Miqrantları illərlə həbsxana tipli sığınacaq yerlərində gözlədir, hüquqsuz və işsiz-gücsüz saxlayır, çox zaman da əsas oldu-olmadı, öz ölkələrinə deportasiya edirlər. Bununla da dönüb, öz qitəsinə güllük-gülüstanlıq deyirlər.

Bu açıqlamaya adekvat cavab da verilib: əgər başqa ölkələr cəngəllikdirsə, niyə gəlib o cəngəlliyə soxulursunuz?! Axı siz "bağ adamı"sınız. Cəngəllikdə nə işiniz var?!

Əl çəkin bu əngəlli düşüncələrdən, cəngəllik siyasətinizdən. Onda hər kəs öz yolunu özü tapar.

Bilirsiniz ki, ikili standartlar və çoxstandartlı davranışlar, dildə bir, əməldə başqa yanaşmalar... bunlardır, əsl cəngəllik. Hər ölkədə beş-on qrant möhtəkirini yemləyirsiniz deyə, özünüzü dünyanın ağası sanmayın. Ən yaxşısı, çəkilin, oturun, öz "bağ"ınızın qayğısına qalın.

Seyid Əhmədli, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see312

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see296

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see281

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see280

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see253

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see236

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see232

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see225

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see218

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see217

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see212

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see212

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see210

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see200

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see197

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see189

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see189

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see186

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri