Icma.az
close
up
RU
İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq

İbtidai təhsildə əsaslı dəyişikliklər olmasa, ali təhsildə irəliləyiş olmayacaq

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İbtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə də bunu görmək mümkün deyil”

Modern.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetində keçirilən “Təhsildə yeni çağırışlar VII Beynəlxalq Forum”da çıxışı zamanı qeyd edib.

Nazir bildirib ki, müəllim seçimi zamanı peşəyə olan maraq və yüksək göstəricilər əsas meyarlardan olmalıdır:

“Əgər insan başqa ixtisasa qəbul ola bilmədiyi üçün müəllimlik peşəsini seçibsə, bu, müəyyən mənada problemdir. Hər halda bu, insanın özünün uşaqlıqdan müəllimlik peşəsinə maraq göstərməsi və həmin peşəni seçməsi ilə müqayisədə daha az arzuolunan ssenaridir.
İkinci məqam isə bacardıqca yüksək faizdən müəllim seçimi etməkdir. Daha yüksək göstəricilərə malik məzunlardan müəllim seçmək özü böyük fərq yaradır. 

Bu, keçid balı və digər göstəricilərlə yavaş-yavaş ölçülə bilən şəkildə özünü göstərir.
Bizim gördüyümüz budur ki, son 10 ildə, hətta daha uzun müddətdə xüsusilə bəzi fənn müəllimləri üzrə əsaslı, köklü və ciddi irəliləyişimiz var. Bu, bizi sevindirir. 

Bu gün Azərbaycan məktəbində həmin dəyişikliklər özünü göstərməyə başlayıb, amma düşünürəm ki, qarşıdakı illərdə bunu daha çox görəcəyik. Bu, təhsilimizin və gələcəyimizin daha təhsilli olması baxımından vacib məqamdır.

Digər məsələ təhsil pillələri və səviyyələri arasında əlaqəni daha yaxşı başa düşməkdir. Bu, çox vacib məsələdir. 

Yaxşı xəbər ondan ibarətdir ki, məktəbəqədər təhsillə əhatəlilik 14 faizdən 45 faizə qədər artıb. Yəni 2014-2015-ci illə müqayisədə üç dəfə daha çox uşağı məktəbəqədər təhsilə cəlb edə bilmişik.

Bu niyə vacibdir? Çünki PISA nəticələrində də gördük ki, ən azı bir il məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların nəticələri məktəbəqədər təhsilə cəlb olunmayan uşaqlardan əhəmiyyətli şəkildə daha yaxşıdır. Yəni işin kökü elə məktəbəqədər təhsildən başlayır. Yəqin ki, ibtidai sinif müəllimləri də mənimlə razılaşarlar ki, məktəbəqədər hazırlıqdan gələn uşaqlarla işləmək bir neçə dəfə daha asandır.

Üçüncü məqam isə təbii ki, ibtidai təhsildir. Burada da müsbət dinamika görürük. Bir neçə ildir bu istiqamətdə istər sertifikatlaşdırmada, istərsə də işə qəbulda müəyyən addımlar atırıq. 

Bilirsiniz ki, ibtidai təhsil bizim üçün xüsusi diqqət yetirdiyimiz istiqamətdir. Yalnız bu ilin 4-cü sinif nəticələrində dinləmə və oxu bacarıqlarında sıçrayış müşahidə etmişik. 

Amma ibtidai təhsilin sonunda əsaslı dəyişiklik görmürüksə, tam orta və ali təhsildə əsaslı bir dəyişiklik görmək mümkün deyil”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Oktyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri