Icma.az
close
up
RU
Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış

Ali təhsil müəssisələrində əmək münasibətləri yenidən tənzimlənir: hüquqi və ictimai baxış

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2025-ci il tarixində imzaladığı Qanunla Əmək Məcəlləsinə edilən dəyişikliklər ölkədə əmək münasibətlərinin tənzimlənməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilə bilər. Bu dəyişikliklər bir tərəfdən əmək bazarında institusional nizam-intizamın gücləndirilməsinə, digər tərəfdən isə kadr siyasətinin yeni dövrün tələblərinə uyğunlaşdırılmasına xidmət edir. Qanunda yer alan əsas yeniliklərdən biri də dövlət büdcəsindən maliyyələşən müəssisələrdə, o cümlədən ali təhsil müəssisələrində çalışmanın yaş həddinə dair tətbiq edilən məhdudiyyətlərlə bağlıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında dövlət qulluğu və əmək qanunvericiliyi üzrə ekspert Səxavət Nəsirov söyləyib.

Ekspertin sözlərinə görə, Əmək Məcəlləsində yuxarı yaş həddi kimi 65 yaş müəyyən edilsə də, indiyə qədər bu norma faktiki olaraq dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisələrinin əksər işçilərinə şamil edilmirdi: “Praktikada bu sahədə çalışan inzibati, texniki və yardımçı heyət üçün yaş məhdudiyyəti tətbiq olunmur, bu da digər büdcə təşkilatları ilə müqayisədə müəyyən hüquqi disbalans yaradırdı. Yeni qəbul edilmiş Qanun bu boşluğu aradan qaldıraraq ali təhsil müəssisələrində də ümumi yanaşmanın formalaşdırılmasını hədəfləyir. Dəyişikliklərə əsasən, ali təhsil müəssisələrində yalnız elmi və pedaqoji fəaliyyətlə məşğul olan işçilər üçün 65 yaşdan yuxarı çalışmaq imkanı saxlanılıb. Buraya elmi işçilər (kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və s.), eləcə də tədris və təlim prosesində bilavasitə iştirak edən pedaqoji heyət daxildir. Digər kateqoriyaya aid olan inzibati, təsərrüfat, texniki və xidmət sahəsində çalışan əməkdaşlar isə artıq ümumi yaş məhdudiyyəti çərçivəsində fəaliyyət göstərəcəklər”.

O qeyd edib ki, bu yanaşma hüquqi baxımdan bir neçə mühüm məqamla izah oluna bilər: “İlk növbədə, elmi və pedaqoji fəaliyyət intellektual potensiala, peşəkar təcrübəyə və uzun illər formalaşan bilik bazasına əsaslandığı üçün bu sahədə yaş faktoru ikinci plana keçir. Dünyanın aparıcı ali təhsil sistemlərində də elmi biliklərin ötürülməsində nəsillərarası davamlılıq əsas prinsiplərdən biri kimi qəbul olunur. Bu mənada Azərbaycan qanunvericiliyində edilən dəyişiklik beynəlxalq təcrübə ilə ziddiyyət təşkil etmir.

Digər tərəfdən, inzibati və texniki sahələrdə yaş məhdudiyyətinin tətbiqi gənc kadrların irəli çəkilməsi, peşəkar rotasiya və idarəetmədə çevikliyin təmin edilməsi baxımından dövlət siyasətinin tərkib hissəsi kimi qiymətləndirilə bilər. Xüsusilə son illər dövlət qurumlarında və büdcə təşkilatlarında aparılan struktur islahatları göstərir ki, məqsəd yalnız kadrların yenilənməsi deyil, eyni zamanda, rəqabətqabiliyyətli və nəticəyönümlü idarəetmə modelinin formalaşdırılmasıdır”.

Ekspert bildirib ki, ictimai müstəvidə isə bu dəyişikliklərin müxtəlif reaksiyalar doğuracağı gözləniləndir: “Bir tərəfdən, əmək stajı uzun olan və ali təhsil müəssisələrində illərlə çalışmış inzibati heyətin sosial təminat məsələləri gündəmə gələ bilər. Digər tərəfdən isə gənc mütəxəssislər üçün yeni iş imkanlarının açılması, kadr çatışmazlığının aradan qaldırılması kimi müsbət gözləntilər mövcuddur. Burada əsas məsələ keçid mexanizmlərinin şəffaf və sosial ədalət prinsiplərinə uyğun şəkildə tətbiq olunmasıdır”.

Müsahibimiz vurğulayıb ki, nəticə etibarilə Əmək Məcəlləsinə edilən bu dəyişiklik ali təhsil sistemində hüquqi bərabərliyin təmin edilməsi, əmək münasibətlərinin sistemləşdirilməsi və dövlət kadr siyasətinin strateji hədəflərinə uyğunlaşdırılması baxımından əhəmiyyətli addım hesab edilə bilər. Qarşıdakı dövrdə bu normanın tətbiqi praktikasının hansı nəticələr verəcəyi isə həm hüquqi, həm də ictimai baxımdan diqqətlə izlənilməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:28
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2026 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see245

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see242

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see171

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see141

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri