İctimai Birliyin sədri: Yaxın zamanlarda cəzaçəkmə müəssisələrində ali təhsil verməyi planlaşdırırıq
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yaxın zamanlarda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi planlaşdırılır.
"Report"un məlumatına görə, bunu "Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı" İctimai Birliyinin sədri Firuzə İsgəndərova "V Kitabqurdu məhkum qadınların oxu marafonu" adlı layihənin keçirilməsinə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi məsələsi barədə danışıqlar gedir:
"Bu barədə Ədliyyə Nazirliyi ilə danışıqlar gedir. Türkiyədə artıq bu təcrübə tətbiq olunub. Bizim də təhsil haqqında qanunumuzda distant təhsil anlayışı var. COVİD19 dövründə bu təcrübəni tətbiq etdik. İndi də cəzaçəkmə müəssisələrində sınamağı istəyirik".
F.Cəlilova bildirib ki, gələn ildən etibarən təkcə qadınlarla deyil, kişilər və yeniyetmələr ilə də bu oxu marafonu tətbiq olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 21 Dekabr 2024 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















