Ali təhsildə bəzi ixtisas proqramlarına gender bərabərliyi ilə bağlı seçmə fənlər daxil edilə bilər
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiq ixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər və ya mövzular daxil edilə bilər.
Ölkə.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda yer alıb.
Fəaliyyət planına görə, əsas icraçı orqan Elm və Təhsil Nazirliyi müəyyənləşib.
İcraçı orqana təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi tapşırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 29 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















