Icma.az
close
up
RU
Ali təhsilə gender bərabərliyi GƏLİR Yeni tədris planı nələri DƏYİŞƏCƏK?

Ali təhsilə gender bərabərliyi GƏLİR Yeni tədris planı nələri DƏYİŞƏCƏK?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan xalqının milli yaddaşında qadına xüsusi sayğı, hörmət yer tutur. Qadın olan yerdə səliqəli danışılar, ictimai yerdə, nəqliyyatda qadına yer verilər, qadın gördükdə əks cinsin nümayəndələri özlərini, əyin-başlarını düzəldərlər.
Bunlarla yanaşı qadınların bəzi hüquqları, təhsil hüqüqu, əmək hüququ mental dəyərlər, qadına hörmət adı altında əllərindən alınır.
Bunun altında həmişə pis niyyət dayanmasa da nəticə mənfi olur. Ona görə də gender bərabərliyini təmin etmək üçün daimi mübarizə aparılır, qadınların hüquqlarının təmin olunması üçün müxtəlif addımlar atılır. Ötən ilin məlumatına görə, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48 faiz təşkil edir.
Ölkəmizdə 2025-ci ilin əvvəlinə görə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib. Lakin 2024-cü ildə doğulmuş 102,3 min körpədən 47,0 faizi qız uşaqları olub. Bir neçə ildir ki, ölkədə doğulan uşaq sayında oğlanlar üstünlük təşkil edir.
Ona görə də ölkədə gender bərabərliyinin təminatına ehtiyac var.
Ötən həftə Prezident İlham Əliyev Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026 – 2028-ci illər üçün Milli Fəaliyyət Planı”nı təsdiqləyib.
Planda bir çox məsələlərlə yanaşı bu mövzuda təhsil məsələsi də yer alıb. Plana görə, ali təhsilin bakalavriat və magistratura səviyyələrində müvafiq ixtisasların təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı fənlər və ya mövzular daxil ediləcək. Yəni gender bərabərliyi ilə bağlı məsələləri özündə ehtiva edən seçmə fənlərin məzmununun müəyyən olunması, təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı daxil edilmiş seçmə fənlərə aid tədris proqramlarının və dərsliklərin hazırlanması, eləcə də təhsil proqramlarına gender bərabərliyinin tədrisi ilə bağlı seçmə fənlər üzrə aparılan tədrisin müntəzəm olaraq monitorinqi və qiymətləndirməsi planlaşdırılır.
Hansı ölkələrdə bu tədris olunur? Təcrübə necədir? Nələr tədris oluna bilər?
Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya bildirib ki, bu mövzuda dünyanın əksər ölkələrində fənlər tədris olunur:
“Bu fənn seçmə fəndir. Ali təhsil müəssisələrində təhsil alan tələbələr məhz bu fənni seçərək gender bərabərliyi istiqamətində müəyyən biliklərə sahib olmaq, bacarıqlara yiyələnməklə sosial və digər sferalarda tətbiq etmək vərdişlərinə sahib olacaqlar. Bu mövzuda dünyanın müxtəlif ölkələrində müvafiq olaraq tədbirlər planı həyata keçirilir. İslandiya, Finlandiya, Latviya, Litva, Estoniya, Gürcüstan, Rusiya və digər ölkələdə gender bərabərliyi mövzusu təlqin olunur”.
Onun sözlərinə görə, ölkəmizdə ali təhsil alan qızların sayı oğlanların sayından olduqca aşağıdır:
“Bu da milli mental dəyərlər, bəzi hallarda erkən yaşlarda qızların evliliyə cəlb olunması məsələsi və yaxud bəzi bölgələrdə valideynlərin qız övladlarını oxutmaq istəməməsi təsir göstərir. Burada yaranan disbalansı aradan qaldırmaq üçün ali təhsilli şəxslər bu mövzuda daha həssas olmalıdırlar deyə mövzunun tədrisi nəzərdə tutulur. Qeyd etdiyimiz ölkələrin əksəriyyətində qızların təhsil alma faizi kişiləri üstələyir. Bəzilərində 60-ın 40-a nisbətində, bəzilərində 55-in 45-ə nisbətindədir. Latviyada ali təhsil alanların 60 faizi qadınlardır”.
Ekspert hesab edir ki, belə bir vəziyyətin formalaşması gender bərabərliyi istiqamətində aparılan təbliğatın nəticəsidir.
O qeyd edib ki, bu mövzu təhsilin bütün pillələrini əhatə edə bilər:
 

“Ölkəmizdə əhalinin müvafiq olaraq cins bərabərliyinə baxdıqda qadınların kişilərə nəzərən cüzi faiz fərqilə artıq olduğu qeyd olunur. Təəssüf ki, biz bunu təhsildə görə bilmirik. Eyni zamanda, yeni doğulan uşaqların sayında da son dövrlərdə fərq ortaya çıxıb. Belə ki, ailələrin oğlan uşaqlarına üstünlük verməsi nəticəsində qız uşaqlarının sayı azalıb. Bu isə gender bərabərliyi məsələsinin hələ də bizim ölkəmizdə tam tənzimlənməməsindən irəli gəlir.


Bu ali təhsildə mütləq öyrədilməlidir. Hətta orta təhsil müəssisələrində, xüsusilə yuxarı siniflərdə bu istiqamətə toxunulmalıdır ki, gələcəkdə hazırdakı disbalans aradan qalxsın. Bu gün elə etməliyik ki, qadınlarla kişilərin təhsilalma faizi bərabərləşsin və ya qadınların sayı artsın. Bu, eləcə də orta ixtisas, peşə təhsili pillələrində də özünü göstərməlidir”.
Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see427

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see201

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see161

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see156

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see145

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see145

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see133

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri