Icma.az
close
up
RU
Alim klinik ölüm zamanı gördükləri dəhşətlərdən DANIŞDI

Alim klinik ölüm zamanı gördükləri dəhşətlərdən DANIŞDI

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Neyrobioloq və nəzəri fizika üzrə doktor Aleks Qomes Marin klinik ölüm vəziyyəti yaşadıqdan sonra baş verənlərlə bağlı qeyri-adi xatirələrini bölüşüb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, alimin sözlərinə görə, o an özünü parlaq qızılı işıqla dolu qəribə bir məkanda hiss edib və üç sirli varlıqla təmasda olub.

Məlumata görə, bir neçə il əvvəl Marin daxili qanaxma səbəbindən xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti son dərəcə ağır olub: orqanizmin normal fəaliyyəti dayanıb və ürəyi yeddi saniyə ərzində döyünməyib.

Alimin dediyinə görə, həmin anda özünü dərin bir quyu içindəymiş kimi hiss edib və quyunun yuxarısından çox güclü sarı işıq saçıb. Bu işığın içindən ona doğru üç fiqur yaxınlaşıb və onlar alimə olduqca tanış təsir bağışlayıb.

Marin bildirir ki, bu varlıqların yalnız konturlarını görsə də, kim olduqları ilə bağlı heç bir şübhəsi olmayıb. Onun daxilində elə bir hiss yaranıb ki, sanki onu “qarşılayırlar” və onların köməyini qəbul etmək həyatla birdəfəlik vidalaşmaq anlamına gələcək.

Alimin sözlərinə görə, ünsiyyət sözlərlə deyil, düşüncələr səviyyəsində baş verib. Həmin üç fiqur ona seçim təqdim edib: bədəninə geri qayıtmaq və ya orada qalaraq ölmək. Marin üçün cavab birmənalı olub.

O bildirib ki, onlara təşəkkür edib və hələ getməyə hazır olmadığını açıq şəkildə ifadə edib. Qərar verdiyi anda isə qeyri-adi sakitlik və daxili aydınlıq hiss edib.

Marinin fikrincə, yaşadıqları nə yuxuya, nə də halüsinasiyaya bənzəyib. Əksinə, bu vəziyyət ona adi reallıqdan daha real görünüb. O vurğulayıb ki, nə qorxu, nə də ağrı hiss edib, yalnız dərin bir rahatlıq və baş verənləri tam anlama duyğusu yaşayıb.

Alim etiraf edib ki, həmin halda düşünməyə və analiz etməyə ehtiyac olmayıb, biliklər sanki öz-özünə gəlirmiş. Onun sözlərinə görə, bu təcrübə şüurun mahiyyəti ilə bağlı baxışlarını köklü şəkildə dəyişib və insan varlığının mənası haqqında yenidən düşünməsinə səbəb olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://lent.az
archiveBu xəbər 22 Dekabr 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see313

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see258

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see246

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see196

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see157

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see151

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see150

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see147

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see145

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see145

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see140

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see139

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see137

Ömrü Sultani ilə məsələdə adı hallanan hospitaldan cavab: “Bizdə nə müalicə alıb, nə də ölüb“ Yenilənib FOTO

20 Dekabr 2025 18:21see132

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see132

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see131

Rusiya iki yaşayış məntəqəsinə nəzarəti ələ keçirdi

20 Dekabr 2025 19:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri