Icma.az
close
up
RU
Alim Bayıldakı sürüşmə ilə bağlı ümidsiz DANIŞDI

Alim Bayıldakı sürüşmə ilə bağlı ümidsiz DANIŞDI

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bugünlərdə Badamdarda torpaq sürüşməsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə Badamdar sürüşmə sahəsinə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib. 

Aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Ərazidə araşdırma və monitorinqlər aparılıb. Aparılan monitorinqlərin nəticəsinə əsasən ərazidə sürüşmə prosesinin aktivləşdiyi, çatların genişləndiyi müəyyən edilib.

Qeyd edək ki, həmin ərazidə sürüşmə hadisəsi ilk dəfə deyil və dəfələrlə bu proses təkrarlanıb. Ancaq bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilsə də, yenidən həmin ərazidə sürüşmə baş verir.

Maraqlıdır, bu problemin həlli niyə tapılmır?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Landşaftşünaslıq və Təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru, dosent Mirnuh İsmayılov “Cebheinfo.az”-a bildirib ki, Bayılda sürüşmə baş verən ərazidə sürüşmələrin aktivliyi təbii şəraitlə, amillərlə sıx bağlıdır: 

“Ancaq burada antropogen amilləri də yaddan çıxarmaq olmaz. Sürüşməni fəallaşdıran təbii amillərə gəldikdə, ərazinin gilli və qumlu, əhəngli suxurlardan təşkil olunması, suxur laylarının yatım istiqaməti, xüsusilə yamacların meyilliyinin 20-25 dərəcədən çox olması hallarında belə hadisələr daha çox müşahidə edilir. 

Təbii bitki örtüyü demək olar ki, məhv edilib. Bütün bunlara baxanda landşaft ekoloji şəraitin köklü, əsaslı şəkildə dəyişildiyini görürük. Bu ərazi təbii olaraq sürüşməyə meyillidir və antropogen təsirlər olduqca düşünülmüş şəkildə nizamlanmalıdır.

Yerli şəraitə uyğunlaşdırılmalıdır. Belə olmayanda təbii ki, sürüşmələr baş verəcək. Ərazi Bakı amfiteatrının cənub-qərb qanadını əhatə edir. Bu ərazidə demək olar ki, dəfələrlə sürüşmə olub. 

Xüsusilə də son 10 ildə təxminən ondan çox sürüşmə baş verib. Burada söhbət iri sürüşmələrdən gedir. Ancaq Bakı amfiteatrın bu qanadının qərb yamacında da ara-sıra sürüşmələr olur. Bakı şəhərinin əsas hissəsində qalan şərq yamacında isə daha çox olur.

Həmin şərq yamacında sürüşmənin belə tez-tez təkrarlanması, bilavasitə antropogen yüklənmə-mühüm yolların buradan keçməsi, daimi davam edən özbaşına  və yaxud da guya planlı şəkildə aparılan tikintilər, su-kanalizasiya sisteminin yarasız olması, yəni bu kimi təsirlər istər-istəməz sürüşmələrdə müəyyən aktivlik yaradır. 

Son sürüşmə, yamacın yuxarı hissəsində baş verib, sonra aşağıya doğru hərəkət edib. Əsasən son yağışların da əlavə olunması və digər amillərlə birlikdə bu prosesə səbəb olub”.

Onun sözlərinə görə, burada ən düşündürücü antropogen təsirlərdən biri, fərdi yaşayış sahələrində lazımsız hasarlanmaların aparılmasıdır:

“Yağış yağanda təbii səth axınının istiqamətinə antropogen müdaxilələrdir. Xüsusilə hasarlanmış sahələr səth axınını tamamilə kəsir, hasarın içərisində olan ərazidə müəyyən su toplanmaları yaranır.

Həmin sular da laylararası əlaqələrin qırılmasına, sürüşmənin baş verməsinə səbəb olur. Ancaq bu da bir amildir. Yəni  kanalizasiya və su xətlərindən olan sızmalar, antropogen təsirlər, hasarlanmalar ümumilikdə bu vəziyyətə səbəb olur”.

O bildirib ki, bu cür ekzogen proseslərin qarşısını almaq müəyyən qədər mümkündür: 

“Əgər qarşısı alınmasa belə, səmərəli idarəetmə həyata keçirmək olar. Görünür ki, bu dövrə qədər aparılan tədbirlərin heç bir nəticəsi yoxdur. Ona görə də kompleks landşaft ekoloji tədqiqatlar aparılmalıdır.

Planlaşdırma işləri həyata keçirilməlidir. Təbii ki, belə işlər vəsait, dövlət sifarişi tələb edir. Yaxud da icra orqanları tərəfindən müəyyən sifarişlərin elmi-tədqiqat institutlarına verilməsi çox vacibdir. Ötəri şəkildə, yalnız sürüşmə baş verəndən sonra ərazidə müəyyən işlər görüb, sonra da işini bitmiş hesab etmək doğru yanaşma deyil.

Biz qabaqcadan bilməliyik ki, həmin ərazidə müəyyən rəqəmsal xəritələr tərtib olunmalıdır, hansı evlər, infrastruktur obyektləri, tikililər, sürüşmə riski yaradan ərazilərdədir.

Həmin ərazilər müəyyən olunmalıdır. Qabaqcadan onlar müəyyən olunanda onların üzərində monitorinq aparmaq da mümkündür. Eyni zamanda ADSEA tərəfindən verilən suyun, kanalizasiya ilə ötürülən suyun miqdarı, balansı düzgün çıxarılmalıdır. Səth axınını düzgün nizamlamaq üçün xüsusi monitorinqlər aparılmalıdır. 

Bəzən süni çökəkliklər yaradırlar və onun mənasını başa düşmürlər. Həmin çökəkliklərə su dolanda, müəyyən gölməçə yarananda o sürüşmə üçün potensial təhlükədir.

Bizim Azərbaycan ərzisində apardığımız tədqiqatlar nəticəsində əksər sürüşmənin yaranmasında belə amillər çox vacib rol oynayır.

Tədbirləri həyata keçirəndə səth və yeraltı drenaj sisteminin uyğun işləməsi, onun haradan çəkilib ötürülməsi, mütləq düzgün həyata keçirilməlidir. İstinad divarları yaratmaqla iş bitmir.

İstinad divarları drenaj sistemi ilə kompleks şəkildə əlaqələndiirlməlidir. Vahid antropogen sistem yaradılmalıdır. Belə olanda təbii ki, sürüşmələr də azalacaq.
Ancaq həmin ərazidə həyata keçirdiyimiz baxış zamanı bu tədbirləri ötəri görürük. Tam mənasında görmürük. Hələ də həmin ərazidə kifayət qədər sürüşmə təhlükəsi olan sahələr, risk altında olan ərazilər var.

Xüsusilə mühəndis-ekoloji sürüşmələrə qarşı tədbirlər həyata keçirilməlidir. Bu, həm şəhərsalma, həm də təhlükələrin qarşısını almaq üçün vacibdir.

Mühəndis-landşaft-ekoloji tədbirlərin həyata keçirilməsi başlıca olaraq təbii sistemlə antropogen sistemlər arasında əlaqənin düzgün qurulmasına xidmət etməlidir. Burada da kifayət qədər yüksək səviyyəli mütəxəssislər iştirak etməlidir.

Yaşıllaşdırma işinə xüsusi diqqət yetirmək lazımdır. Burada yaşıllıqların salınması, görünüş xarakteri daşımamalıdır. Ərazinin relyefinə, şəraitinə, sürüşməyə həssaslığına uyğun bitkilər əkilməlidir ki, bu sürüşmənin qarşısını ala bilsin.

Burada xüsusilə kök sistemi yaxşı inkişaf edən ağac və kol cinslərinin geniş istifadə edilməsi çox vacibdir. Həm də su az tələb edən bitkilərə üstünlük vermək lazımdır ki, suvarma suyuna tələbat minimum ensin.

Onsuzda Badamdar, Bayıl sahəsinin bu yamacları sürüşməyə meyillidir. Bu yamancalarda həyata keçirilən tədbirlərdə kifayət qədər düşünülmüş landşaft-ekoloji planlaşdırma tədbirləri həyata keçirilməsi vacibdir.

Belə olarsa, sürüşmələr azalar, əhaliyə və dövlətə dəyən ziyanı aradan qaldırmaq mümkün olar”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər: Bayıldakı sürüşmə Mirnuh İsmayılov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2026 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see311

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see289

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see278

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see278

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see264

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see259

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see257

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see255

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see240

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see238

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see236

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see235

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see231

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see226

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see224

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see223

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see221

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see216

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see210

​KALINİNQRADA ZƏRBƏ ENDİRİLDİ Avropa müharibəyə cəlb olunur? + VİDEO

22 Noyabr 2026 15:39see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri