Alim və Fərqanə Qasımova Şəbi hicran tamaşasında
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
H.Əliyev sarayında dünya şöhrətli böyük sənətkar, UNESKO mükafatı laureatı, təsəvvüf ruhlu Xalq artisti Alim Qasımovun Əməkdar artist Fərqanə Qasımova ilə birgə təqdim etdiyi “Şəbi-hicran” tamaşası baş tutub.
Tamaşanın Füzulinin ölməz əsəri “Leyli və Məcnun” poemasının motivləri üzərində qurulan hissəsində obrazları Alim və Fərqanə Qasımovlarla tərəf müqabili kimi Cavad Nur və Jalə Novruzova canlandırıblar. Proqram Əməkdar İncəsənət xadimi Hafiz Quliyev və Əməkdar artist Bəhruz Vaqifoğlunun quruluşçu rejissorluğu ilə səhnələşdirilib.
Musiqiləri Nərgiz Əliyevanın bədii rəhbərliyi ilə “Qarabağ” orkestri müşayiət edib.
Böyük anşlaqla keçən tamaşada Füzuli poeziyasının Alim və Fərqanə Qasımovlar səsində vəhdəti muğam və poeziyasevərlər üçün unudulmaz, bənzərsiz mədəni sənət hadisəsinə çevrilib.
Hələ uzun müddət yaddaşlarda özünə yer edəcək, böyük anşlaqla keçən tədbiri tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, nəfəs alətlərində Rəfael Əsgərov, zərb alətlərində Cavidan Nəbiyev müşayiət ediblər.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:18
Bu xəbər 27 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















