Icma.az
close
up
RU
Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi Şəbi Hicran dan REPORTAJ

Alim Qasımovun məcnunluğu, Fərqanə Qasımovanın divanəliyi Şəbi Hicran dan REPORTAJ

Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaq vaxtı televizorda Alim Qasımovun əlini qulağının dibinə qoyub məcnunanə hərəkətlərlə oxuduğunu görəndə atamdan soruşmuşdum ki, o niyə belə hərəkətlər edir? Atam həmin vaxt başa düşmədiyim bu cavabı vermişdi: O, indi göylərdədir, elədiyi hərəkətlərin özü belə fərqində deyil...

Artıq uşaq deyiləm. “Şəbi Hicran” muğam kompozisiyasını izləyirəm. Alim Qasımovun səsi ilə necə göylərə qalxdığını görməyə gəlmişik.

Kompozisiyanın quruluşçu rejissorları əməkdar incəsənət xadimi Hafiz Quliyev və əməkdar artist Bəhruz Vaqifoğludur. Kompozisiya “Leyli və Məcnun” əsəri əsasında hazırlanıb. Səhnə əsəri Əməkdar artist Nərgiz Əliyevanın bədii rəhbərlik etdiyi Qarabağ Orkestrinin müşayiəti ilə baş tutacaq.

Lent.az Heydər Əliyev Sarayında keçirilən muğam kompozisiyasından reportajı təqdim edir. 

Heydər Əliyev Sarayındayam. Sarayın direktoru İlham Qasımov gördüyüm ilk tanış simalardan olur. Saraya daxil olanda ilk hiss etdiyim şey sakit, amma dərin bir enerji olur. Foyedə yüngül bir səs-küy var. Xalq artisti Şeyx Əbdül Mahmudov da buradadır. 

- Necəsiz, Şeyx?

- Əla. Gəlmişəm ruhumu dincəltməyə. Alim Qasımov böyük sənətkardı. Təkcə Azərbaycanda yox, bütün dünyada tanınır, sevilir. Qədrini bilmək lazımdır. Sonra mənə zəng edərsən, kino ilə bağlı yeni layihələrim var, söhbət edərik...

Tamaşaçıların əllərində gül buketləri var. Alim Qasımovla Fərqanə Qasımovaya gətiriblər. Bu bir teatr mədəniyyətidir. Kompozisiya bitəndən sonra insanlar sevgilərini bu çiçəkləri onlara verməklə bildirəcəklər.

Həyat Fondunun təsisçisi Hacı Nuranla “Natiq” ritm qrupunun rəhbəri Natiq Şirinov söhbət edir.

Natiq Şirinov həm də Alim Qasımovun qohumudur. O da öz ürək sözlərini deyir:

- Çox həyəcanlıyam. Alim müəllimin hər konsertində, onu hər dinləyəndə belə həyəcanlanıram. Qismət olsa, planımızda var ki, bu konserti “Kristal zal”da keçirək...

Zaldayıq. Tamaşaçılar biletlərinə baxıb yerlərini tutur. Sarayın işıqları yumşalır, zalın içindəki nəfəs yavaşıyır. Pərdə açılır. Alim Qasımov səhnəyə çıxanda zalı alqış bürüyür. Alim müəllim oxumağa başlayan kimi alqışlar səngiyir, hamı onu dinləyir. "Leyli və Məcnun"dan beytlər oxuyur.

Səhnə arxasından Fərqanə Qasımovanın səsi eşidilir. Amma xışıltılı və qırıq-qırıq... Deyəsən, mikrofonda problem var. Alim müəllim özünü itirmir, gülə-gülə vəziyyətdən çıxır:

- Mikrofonda problem var... Aylardır məşq edirdik, yoxlayırdıq bu mikrofonları, gəlib bu gün belə oldu. 

Tamaşaçılar gülür və Alim müəllimi alqışlamağa başlayır. Mikrofonu dəyişirlər. Fərqanə xanım səhnəyə çıxır. Onun səhnədəki pərişan və divanə səsi Leylini bir aktrisadan daha çox ifadə edir desəm, yəqin ki, aktrisalarımızın xətrinə dəyməz.

Getdikcə həm beytlərin ağırlığı, həm də Alim Qasımovun Yerlə arasındakı məsafə artır. 68 yaşında da bu səsə sahib olmaq insanı heyrətə gətirir. Səsi yenə onu göylərə qaldırır. Ətrafımda göz yaşını silən, kövrələn insanlardan hiss edirəm ki, onlar da Alim Qasımovun səsi kimi yerlə göy arasında emosional bir səyahət edirlər. Səhnə geyimi, səsi, jest və mimikaları məcnunanə bir aura yaradır. Məcnun (Alim Qasımov) bir beyti deyir, Leyli (Fərqanə Qasımova) növbəti beytlə cavab verir. Pantomim aktyorları isə səhnədə onların emosiyalarını əks etdirir...

... Kompozisiya bitir, səhnənin işıqlarl sönür. Alqış yağışı başlayır. Səhnə işıqları yenidən yanır,  "Məcnun" və "Leyli" yenidən səhnəyə çıxır. Tamaşaçılar əllərindəki gül buketləri ilə səhnəyə yaxınlaşır. Alim müəllimlə Fərqanə xanıma onlarla gül buketi, hədiyyələr verirlər.

Alqışlar isə hələ də dayanmır...

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Noyabr 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri