Icma.az
close
up
RU
Alim, ziyalı və vətəndaş zəkası

Alim, ziyalı və vətəndaş zəkası

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amma bu kontekstdə ən önməli məqam “alimlik artıq ziyalı olmaq deməkdirmi?” sualının cavabıdır. Bura alim və ziyalının vətəndaşlıq missiyasının daşıyıcısı olması zərurətini əlavə etdikdə artıq ən azı 3 sualın cavabını tapmaq tələbi meydana çıxır. Başqa sözlə desək, alim, ziyalı və vətəndaş anlayışlarının vəhdəti fəlsəfəsi aktuallaşır. Çünki bu məfhumlar mütləq orqanik şəkildə bir-birini tamamlamalıdır. Ziyalılıq və vətəndaşlıq dəyərlərindən xali olan alim, sadəcə, savadlı adam sayıla bilər. Ataların təbirincə desək, alim olmaq asandır, insan olmaq çətindir. İnsanlıq anlayışı isə, ziyalılığın və vətəndaşlığın sintezini özündə ehtiva edir.
Bu gün 70 illik doğum günü qeyd edilən Naizm İmanov (Müzəffərli) məhz alimlik, ziyalılıq və vətəndaşlıq missiyalarının daşıyıcısı olan şəxslərdən biridir.
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffər oğlu İmanov (Müzəffərli) bütün ömrü və fəaliyyəti ərzində məhz alimlik, ziyalılıq və vətəndaşlıq anlayışlarını özünəməxsus şəkildə tələbələrinə və gənclərə təlqin edib. Hələ ötən əsrin 80-ci illərinin ortalarında Bakı Ali partiya məktəbində pedaqoji fəaliyyətə başlayan və sonradan Bakı Sosial İdarəetmə və Politologiya institutuna çevrilən bu ali məktəbdə Elmi İşlər üzrə prorektor vəzifəsini tutan Nazim Müzəffərli tələbələrlə müəllim-tələbə münasibətləri yox, yoldaşlıq münasibətləri qurub. Məhz bu keyfiyyəti ona tələbələr və gənclər arasında böyük inam və etimad qazandırıb. Yeniliklərin sahidi olduğumuz, köhnə siyasi elitaya və ziyalı təbəqəsinə şübhə ilə yanaşıldığı bir dövrdə soyadının kökündə “inam” sözünün dayandığı Nazim Müzəffərlinin gənclər arasında qazandığı etimadın özündə də bir rəmzilik var.
Nazim İmanova bu etimadı qazandıran əsas amillərdən biri də Azərbaycanın müstəqilliyi yönündə onun sərgilədiyi vətəndaşlıq mövqeyi idi. Onun bu müstəvidə mübarizəsi də əkəsriyyətdən ziyalılıq zəkası ilə seçilirdi.
Azərbaycan müstəqillik tarixinin yazıldığı dövrdə Nazim İmanovun təfəkkürü və fəlsəfəsi xalqımızda elmi, siyasi və əxlaqi komponentlərinin formalaşmasına öz töhfəsini verdi.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucularından biri və uzun illər partiyanın sədr müavini olmuş Nazim Müzəffərli 2004-cü ildə bir çoxlarının gözləmədiyi halda partiyadan istefa verməklə kifayətlənməyərək, 2005-ci ildə iqtisadçı-alim kimi fəaliyyət göstərməsinin daha məqsədəuyğun hesab etdiyini açqıaldı. Beləliklə də, alim, ziyalı və vətəndaş olan Nazim İmanov siyasi arenadan vaxtında getmək fəlsəfəsinin mahiyyətini geniş ictimaiyyətə nümayiş etdirdi.
Onun bu addımı, eyni zamanda, Nazim İmanovun Azərbaycan Prezidenti İlham Əliyevin daxili və xarici siyasət kursunu birmənalı şəkildə dəstəkləməsinin göstəricisi idi. O, bununla özünün siyasi baxışlarının dövlət baçısının siyasi-iqtisadi strategiyasının inikası olduğunu sərgiləyirdi.
100-dən çox elmi məqalə və tədqiqatın müəllifi olan Nazim İmanov, idarəetmə və qloballaşma məsələlərinə dair araşdırmaları ilə tanınır.
Onun 2006-cı ildə nəşr edilmiş “Azərbaycanın reytinqi - beynəlxalq müqayisəli tədqiqlərdə” adlı monoqrafiyası və torpaqlarımızın işğaldan azad edilməsindən hələ on il əvvəl çapdan çıxmış “Post-konflikt ərazilərin bərpası: konseptual əsaslar” adlı əsəri bu sırada xüsusi əhəmiyyət kəsb edir.
2014-cü ilin mayında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə İqtisadiyyat İnstitutuna direktor təyin olunan iqtisad elmləri doktoru, professor Nazim İmanov kollektivdə yalnız elmi-tədqiqat mərkəzi ruhu yox, həm də ictimai şüura söykənən, müasir iqtisadi tələblərlə ayaqlaşan intellektual platforma formalşadırıb.
Onilliklər ərzində sərgilədiyi həyat fəlsəfəsinə sadiq qalan Nazim İmanov bu gün də gənc alimlər sırasında yer almağa çalışan doktornatlar və iddiaçılarla söhbətlərində yalnız elmi sual-cavablarla kifayətlənməyərək, onlara həm də ziyalılıq və vətəndaşlıq dəyərlərinin incəliklərini aşılayır. Çünki alimlik zirvəsinin təməlində ziyalılıq və vətəndaşlıq anlayışları dayanır.
Bu danılmaz həqiqəti AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli öz 70 illik həyat fəsləfəsi ilə dəfələrlə təsdiqləyib.
Elşad Məmmədov, i.e. doktoru, professor
Sahil İsgəndərov, politoloq

AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 İyun 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri