Icma.az
close
up
RU
Zəkası yol gedən alim

Zəkası yol gedən alim

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

 Xeyrulla Məmmədov - 90

Bəkir Nəbiyev qəbirüstü mitinqdə deyib ki, Azərbaycan ədəbiyyatşünaslığının günəşi söndü. Bu, aksiomdur. Tələbələri onu “filologiya fakültəsinin günəşi”  adlandırırdılar.

Xeyrulla Məmmədov barədə birinci olaraq Lerikin Şingədulan kəndində yaşayarkən müəllimi və qohumu olmuş Hacıbaba Mirzəyevdən eşitmişdim. Elə ürəkdən, şövqlə danışırdı ki, Xeyrulla müəllimin xarakter cizgiləri, söhbətləri, tələbələrinə olan münasibəti, elmə fədaisi kimi yaddaşıma həkk olurdu. Düşünürdüm ki, yəni bir vaxtlar mənə də bu istedadlı, alimlə görüşüb söhbət etmək qismən olacaqmı?

Hacıbaba əziz müəllimi barədə belə deyərdi:

-Mən Azərbaycan Pedaqoji İnstitutunda oxuyanda digər tanınmış alimlər kimi filologiya elmləri doktoru, professor Xeyrulla Məmmədov mənə dərs deyib. O, auditoriyaya daxil olan kimi vaxt itirmədən davamiyyəti yoxlayar, bir dəfə gördüyü tələbənin ad-familiyasını əzbər deyərdi. Sonra otaqda o baş, bu başa gedərək natiqliklə mühazirə deyərdi: Onun söylədikləri elmi kitablarda, dərsliklərdə mənə rast gələrdi. Xaraktercə çox tələbkar idi, tələbələri öyrətmək üçün onlarla sərt davranar, hələm-hələm güzəşt etməzdi. Bizə deyərdi ki, siz pedaqoji təhsil alırsınız, siz şagirdlərə elm, təhsil və tərbiyə öyrədəcəksiniz. İnstitutda bunları əxz eləməlisiniz ki, şagirdlər də sizdən öyrənə, görüb-götürə...

Xeyrulla Məmmədovun məqalələrini mətbuata oxuyardım, çoxu da ədəbiyyatşünaslığa, korifeylərin qatı açılmamış əsərlərinə, ədəbi tənqidə, şəxsiyyətlərə, onların yaşadığı mühitə dair olardı. Elmi məqalələrində müqayisəli təhlilləri, mənbələrdəki faktlara əsaslanaraq müstəqil və dürüst fikir yürütməsi mənim marağıma səbəb olardı. Xüsusilə də alimin mətbuat tarixinə dair məqalələri karıma gəlirdi. Eyni zamanda, qeyd elədiyim kimi təhsil və elm fədaisinin televiziyada natiq ustalığı ilə söylədiklərini, mühakimələrini dinləmişəm.

O, “Azərbaycan” nəşriyyatına gələndə biz onunla rastlaşarkən, salamlaşırdıq. Qəzetə məqalə gətirdiyini deyirdi. Bir qədər yubandım deyər, instituta tələsərdi. Qısa da olsa rayonu, bəzi adamları, camaatın vəziyyətini soruşardı. Onun bu qısa söhbətləri çox dəyərli idi.

Bir gün Lerikdəki evin həyətində nəsə bir işlə məşğul idim. Evdən məni çağırdılar:

-Telefonda Nemətulla səninlə danışmaq istəyir.

Tez evə keçdim. Salamlaşdıqdan sonra Nemətulla dedi:

-Xeyrulla müəllim bizdədir, səninlə görüşmək istəyir. Bizə gəlin, o səni gözləyir.

-Oldu, - dedim, - 10-15 dəqiqəyə sizdəyəm.

Görüşdük, çay içib söhbət elədik. Özümlə gətirdiyim “Bolluq uğrunda” (indiki “Lerik”) qəzetinin seçmə nömrələrini, şəhidlər haqqında yazdığım kitabı Xeyrulla müəllimə təqdim etdim. O, çay içə-içə qəzetləri varaqlamağa başladı. Sonra üzünü mənə tərəf tutub dedi:

-Mikayıl Müşfiq, Əliağa Vahid, Böyükağa Mirsalayev, Bala Məmməd, Əli Hüseynov, Qız qalası barədə yazdığın məqalələr maraqlıdır. Mənim Lerikin ilk məktəbli barədə yazdığım məqaləmi çap etmisən, sağ ol. Görünür, işlədiyin qəzetdə təsərrüfat xarakterli yarılarla kifayətlənmirsən, arayıb-axtarırsan, tanıtdırırsan. Bakı mətbuatında da yazıların mənə rast gəlir. Bu, çox yaxşıdır. Qələmin, jurnalistin vəzifəsi xalqa xidmət etməkdir. Gördüm, professor məni çox tərifləyir, utandım, araya söz qatdım:

-Xeyrulla müəllim “Əkinçi” qəzeti, “Molla Nəsrəddin” jurnalı və mətbuat tarixinə, maarifçiliyin təbliğinə dair məqalələriniz çox aktualdır, bizə lazım olur. Əsl elmi əsəri siz yazırsınız: “Əkinçi”dən “Molla Nəsrəddin”ədək adlanır.

-Hər yazının öz yeri var. Oğul, ömür vəfa qılsa mətbuatı əhatə edən kitabım çıxacaq... Hər bir qələm sahibi öz məsləkinə qulluq eləməli, salnamə yazmalıdır. Biz gedərik, kitablarımızı, əsərlərimiz qalar...

Sonrakı illərdə də Xeyrulla müəllimlə görüşlərimiz olurdu. Təəssüratlarım genişdir, bir kitablıqdır. Universitetin yaxınlığında yerləşən evinə dəvət etdi məni. Evdə Xeyrulla müəllim mənə belə dedi:

-Heyf ki, bu gün ancaq səni dadlı borşa qonaq edə biləcəyəm. Lida xərçəngdən əziyyət çəkir. Həkim duru xörəkləri məsləhət bilir.

Xeyli söhbət etdik. O, instituta getdi, mən isə nəşriyyata. Orada “Azərbaycan təbiəti” jurnalına məqaləni təhvil verməliydim...

Xeyrulla Məmmədova həsr olunmuş və onun bacısı oğlu, Xalq artisti Ramiz Novruzun tərtib etdiyi “Dünyada qala bilmək”...” kitabı həmişə stolumun üstündədir. 2012-ci ildə nəşr olunan bu kitabda olduqca maraqlı xatirələr diqqəti cəlb edir. Kitabda çap olunmuş yazısında filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun müəllimi Sakibə Əsgərovanın (Xeyrulla müəllim onun elmi rəhbəri olub) qiymətli fikirlər deyib.

Kitabda Sakibə xanım məqaləsində qeyd edib ki, akademik Bəkir Nəbiyev qəbirüstü mitinqdə deyib: Azərbaycan ədəbiyyatşünaslığının günəşi söndü. Bu, aksiomdur. Tələbələri onu “filologiya fakültəsinin günəşi” adlandırırdılar.

Xoş o kəslərin halına ki, o günəşin işığında qızındı...

Filologiya elmləri doktoru, professor İslam Qəribli “Ensiklopedik təfəkkürlü ziyalı” (2025), şair-publisist Ağacəfər Həsənli “Bənzərsiz xarakter sahibi” (2012) adlı oçerklərdə professor Xeyrulla Məmmədovun xarakteristikasını dəqiq vermişlər. Akademiklərdən İsa Həbibbəyli, Vəli Əliyev, Teymur Kərimli, Xalq şairi Sabir Rüstəmxanlı, professorlar: Nizami Xudiyev, Nizaməddin Şəmsizadə, Elman Quliyev, Himalay Ənvəroğlu, Asəf İs-gəndərov, Xalq artisti Nurəddin Mehdixanlı və onlarla digər dostları Xeyrulla müəllimin itkisini, ona məhəbbəti ürək yanğısı ilə “Dünyada qala bilmək...” kitabında məqalələrində yazmışlar.

 Bəlli olduğu kimi, Xeyrulla Məmmədov ensiklopediya təfəkkürlü ziyalı idi, ömrünün 70 ilindən 45-ni  çağdaş ədəbiyyatın problemlərinin öyrənilməsinə, elmi fikirlərin ilkin mənbələr əsasında formalaşmasına, bir sıra ədəbi nümunələrin toplanıb nəşr olunmasına, dövrün problemlərindən irəli gələn bir sıra elmi mübahisələrə son qoyulmasına sərf etmişdi.

       Ədəbiyyatşünaslıq tarixində özünəməxsus dəst- xətti ilə seçilən alim bir sıra dərsliklərin, monoqrafiya və elmi-nəzəri, bədii-publisistik əsərlərin müəllifi idi.O, tədqiqatçı alim olmaqla yanaşı, mətnşünas kimi hər iki istiqamətin dolğun vəhdətini yaratmağa nail olmuşdu, bütün yazılarında İlkin mənbələrdən istifadə etmişdi.İstedadlı alim təkcə ədəbiyyatşünaslıq elmində deyil,  elmi-pedaqoji kadarların hazırlanmasında, metodoloji Xeyrulla Məmmədov məktəbinin yaradılmasında, bir sıra yüksək insani xüsusiyyətlərin  formalaşmasında öz töhfəsini vermişdir.

Xeyrulla müəllimin 90 illik yubiley ilidir. Dostları, qohumları, tələbələri onu ürəkdən yad edirlər.

Xeyrulla müəllim neçə-neçə kitablara sığacaq bir alim, bir insan, nur parçası idi.

Sanki xatirələrdən təbəssümlə boylanan alim “mən burdayam” deyir.

İdris Şükürlü,

Əməkdar jurnalist

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://adalet.az
archiveBu xəbər 03 Dekabr 2025 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri