Icma.az
close
up
RU
Aliment məbləği artırılır? KONKRET

Aliment məbləği artırılır? KONKRET

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son günlər artan inflyasiya və eynilə uşaq xərcləri boşanma zamanı uşaqlar üçün ödənilən aliment məbləğinin artırılması məsələsini yenidən gündəmə gətirib. Hazırda minimum aliment məbləğinin 260 manat olması sosial şəbəkələrdə müzakirə edilərək bu məbləğin kifayət etmədiyi qeyd edilir.

Bəs alimentin artırılması gözlənilir?

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayevin sözlərinə görə, aliment məsələsində əsas məqsəd sadəcə rəqəmi artırmaq deyil, uşağın real və davamlı təminatını qorumaq olmalıdır.

Deputatın sözlərinə görə, məsələyə birtərəfli yanaşmaq olmaz: “Bu gün uşaqlar üçün yaşayış minimumu 260 manatdır. Təbii ki, ərzaq, geyim, təhsil, dərman, kommunal və digər xərclərin qiyməti artırsa, aliment məbləğinin də buna uyğun olub-olmaması məsələsi gündəmə gəlir. Uşağın xərcləri ilə yanaşı, aliment ödəyən valideynin də real gəliri və maddi vəziyyəti nəzərə alınmalıdır. Məgər həmin şəxsin qazancı da eyni şəkildə artıb? Onun başqa övladları, ailə və yaşayış xərcləri varmı? Əgər insanın ödəmə qabiliyyəti nəzərə alınmadan aliment məbləği artırılarsa, nəticədə daha böyük aliment borcu yarana bilər. Bu isə nə uşağın, nə də valideynlərin problemini həll edir. Ona görə hesab edirəm ki, düzgün yanaşma belə olmalıdır: uşağın layiqli təminatı təmin edilsin, amma aliment ödəyən valideynin real maliyyə imkanları da obyektiv şəkildə qiymətləndirilsin. Qanunvericilik də məhz bu prinsipi nəzərdə tutur: alimentin məbləği tərəflərin maddi və ailə vəziyyəti nəzərə alınmaqla müəyyən edilə və sonradan vəziyyət dəyişdikdə yenidən dəyişdirilə bilər. Yəni məsələ sadəcə “260 manat azdır, artırılsın” deməkdən ibarət deyil. Əsas sual budur: uşağın ehtiyaclarını real şəkildə necə qarşılamaq və eyni zamanda aliment ödəyən valideynin də ödəmə qabiliyyətini necə qorumaq olar? Məncə, gələcək müzakirələrdə məhz bu balans əsas götürülməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Sentyabr 2026 09:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see360

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see358

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see319

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see308

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see307

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see292

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see290

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see281

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see249

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see247

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see238

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see233

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see230

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see229

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see220

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see213

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see191

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see189

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri