Icma.az
close
up
RU
Aliment məbləği ilə bağlı SEVİNDİRİCİ XƏBƏR ARTIRILACAQ KONKRET

Aliment məbləği ilə bağlı SEVİNDİRİCİ XƏBƏR ARTIRILACAQ KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Boşanmaların sayını azaltmaq üçün dünya praktikasında fərqli üsullar var. Bəs Azərbaycanda bu istiqamətdə hansı addımlar atılmalıdır? Aliment məbləğinin artırılması mümkündürmü?

KONKRET.az xəbər verir ki, mövzuyla bağlı “Sağlam Cəmiyyət Hərəkatı”nın rəhbəri sosioloq Elçin Bayramlı REFERANS-ın suallarını cavablandırıb. Sosioloq Elçin Bayramlı deyib ki, boşanmaların sayının yüksək səviyyədə artmasına 3 əsas fundamental səbəb var. Bunlardan birincisi, mənəvi problemlər, ikincisi sosial-iqtisadi problemlərdir, üçüncüsü də, boşanmaların hüquqi olaraq asanlaşdırılmasıdır. Hər üç səbəb bu vəziyyəti fəlakət həddinə gətirib. Bizim cəmiyyətimizin söykəndiyi əsas dəyər olan ailə dəyəri tamamilə darmadağın olunub. Mənəvi keyfiyyətlərimizi bir millət olaraq tam şəkildə itiririk. Bunun qarşısını almaq üçün bəzi üsullar var.

Sosioloq  hesab edir  ki, aliment məbləğinin artırılması daha da vəziyyəti pisləşdirəcək. Çünki boşanmaların bir çoxunun alimentə görə olmasını cəmiyyətin 70 faizi belə düşünür.  Hətta bir çox qadınlar bunu açıq etiraf edirlər. Aliment məbləğinin artırılmasının bu problemin həllində heç bir müsbət təsiri ola bilməz, əksinə zərəri olar.

Mütəxəssis onu da vurğulayıb  ki, ümumiyyətlə, başdan başlasaq deqradasiyanın qarşısı alınmalıdır. Bu gün açıq şəkildə Azərbaycan xalqına mənəvi-psixoloji terror aparılır. Bu xüsusən televiziya, radio və internet üzərindən açıq şəkildə gedir. Saxta hüquq müdafiəçiləri, qadın azadlığını istəyənlərdə burda böyük rol oynayır. Bunun qarşısı alınmalıdır. Uşaqların düzgün tərbiyəsi milli-mənəvi dəyərlərimiz əsasında aparılmalıdır. Uşaqlara izah olunmalıdır ki, ailə yalnız və yalnız mənəvi dəyərlər üzərində qurula bilər. Bu təkzib edilməz faktdır ki, maddi dəyərlər üzərində qurulan ailələr dağılmağa məhkumdur. Mənəvi dəyərlər üzərində qurulan ailələr isə heç vaxt dağılmır. Təssüf ki, son vaxtlar ailələrin əksəriyyəti maddi dəyərlər üzərində qurulur. Bu məsələnin bir tərəfi odur ki, bunun qarşısı alınmalıdır. İkinci tərəf sosial-iqtisadi vəziyyətdir. Yoxsulluq, işsizlik, evsizlik əhalidə ciddi problemlərə səbəb olur. Nəticə isə bəzi hallarda boşanmaya gətirib çıxardır.

Elçin Bayramlı bildirib ki, bu məsələdə sosial həyat tərzi yaxşılaşdırılmalı, ailələrə dəstək proqramları həyata keçirilməlidir. Bir çox ölkələrdə bunu tətbiq edirlər. Məsələn, Rusiyada 20 il evli olan yəni boşanmayan ailələrə böyük həcmdə dövlət yardım edir. Dövlət bununla ailələrin uzunmüddətliliyini təbliğ edir. Çoxsaylı digər tədbirlər də var. Uşaq pulunun verilməsi, ailə təsərrüfatlarının yaradılmasına dövlət dəstəyi olmalıdır. Üstəlik ailələrə qarşı təbliğat aparanlar cəzalandırılır bir çox ölkələrdə, ailələrə qarşı əxlaqsızlıq hallarının qarşısı alınır. Bütün bunlar hamısı ailələrin davamlılığını təmin etmək üçün təşkil olunur. Amma bizdə bu məsələlərin təssüf ki, heçbiri yoxdur. Həmçinin gənc ailələrin qurulması da azalıb, problemlər boşanmalardan ibarət deyil.

Müsahibimiz onu da xatırladıb  ki, ailə qurulması kəskin şəkildə aşağı düşüb, buda deyildiyi kimi evsizlik, işsizlik, yoxsulluqla bağlıdır. Ona görə dövlət yeni ailələrə faizsiz ipoteka kreditləri verməlidir. Ev alınması və işlə təmin olunmasına kömək etməlidir. Uşaq pulu formasında yardım etməlidir ki, ailələrdə heç olmasa 2 uşaq olsun. Ümumiyyətlə, bir millətin davamlılığı üçün 3 uşaq lazımdır. Bu məsələ problemin ikinci tərəfi idi. Üçüncü tərəfdə boşanmalara hüquqi yanaşılmasıdır. Çox təəssüf ki, Avropa Şurasının və digər Avropa təşkilatlarının təzyiqi ilə müəyyən qanunvericiliyimizdə son vaxtlar müəyyən dəyişikliklər olunub. Boşanmalar daha rahat şəkildə aparılır, stimullaşdırılır. Halbuki bu sovet dövründə dahada çətinləşdirilirdi, müddət uzadılırdı və bu müddətdə problemlər həll olunurdu, boşanmalar baş vermirdi. İndi sürətli bir proses gedir. Hakimlər, vəkillər sürətli şəkildə ailələri boşayırlar. Bu yanaşma doğru deyil. Bir çox qadınlar bu vəziyyətdən istifadə edərək, boşanırlar. Daha sonra

Sosioloq qeyd edib ki, buna görə boşanmalarda yanaşma belə olmalıdır. Hansı tərəfin ucbatından boşanma baş verirsə bu araşdırılmalıdır və uşaqlar digər tərəfdə qalmalıdır. Məsələn, ana tərəfindən boşanma baş verirsə, uşaqlar anadan alınıb ataya verilməlidir və aliment ataya ödənilməlidir. Yalnız o halda çəkindirici stimul ola bilər. Boşanmanın səbəbləri bunlardır. Xəyanət və dözümsüzlüylə bağlı faktları ilə bağlıdır, tamamilə bir-birinə zidd iki insanın evlənməsi ilə bağlıdır, maddi məsələlərin önə çəkilməsi və şəxsi eqoist məqsədlərin önə çəkilməsi ilə bağlıdır. Yəni araşdırılmalıdır ki, yalnız çox ciddi səbəblər olduğu halda boşanmaya razılıq verilməlidir. Əks halda isə boşanmaya müraciət edən şəxs cəzalandırılmalıdır.

Ekspert vurğulayıb  ki, ailələrin dağılması nəticəsində yetim uşaqlar problemi yaranır,  dövlətin sosial öhdəlikləri artır, demoqrafik problem yaranır, genefondumuz zədələnir. Buna görə də insanlar məsuliyyəti olmalıdır. Boş-boş səbəblərə görə boşanan tərəf cəzalandırılmalıdır. Yalnız bu halda boşanmaların qarşısı müəyyən qədər alına bilər. Bütün bunlara qarşı üç tərəfdən mübarizə aparılmalıdır. Birincisi, mənəvi terror dayandırılmalıdır. Birbaşa bu 20, 30 ildi televizorda təbliğ olunur. İnternetdə, sosial şəbəkələrdən bunun qarşısı alınmalıdır. İkinci tərəf isə dövlət ailələrə sosial-iqtisadi yardım etməlidir. Üçüncü tərəfdə isə boşanmalar hüquqi çərçivədə həll edilməlidir.

“Məsələyə ədalətli şəkildə yanaşılmalı, boşanma çətinləşdirilməli, əsaslı səbəb olmadan boşanan tərəf cəzalandırılmalıdır və uşaqlar əlindən alınmalıdır. Yalnız bu halda boşanmaların qarşısı alına bilər”,-deyə ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:268
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 May 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri