Aliment ödəməyən bəy toyunda saxlanıldı
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Kaluqa vilayətində məhkəmə icraçıları yarım milyon rubl aliment borcu olan şəxsi nikahını qeydiyyata aldırdıqdan dərhal sonra saxlayıblar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Federal Məhkəmə İcraçıları Xidmətinin Kaluqa vilayəti üzrə idarəsi məlumat yayıb.
Məlumata görə, Kaluqa sakini uzun müddət azyaşlı övladına aliment ödəməyib və borcunun məbləği 500 min rubla çatıb. O, axtarışa verilib.
Məhkəmə icraçıları şəxsin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində nikah bağlayacağını öyrənərək mərasim keçirilən ünvana gəliblər. Nikah mərasimindən sonra kişi saxlanılaraq məhkəmə icraçılarının idarəsinə aparılıb.
O, aliment öhdəliyini yerinə yetirmədiyinə görə inzibati məsuliyyətə cəlb edilib və 50 saat ictimai iş cəzası alıb. Borcunu ödəmədiyi halda isə onun barəsində cinayət işi başlana bilər.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 08 Sentyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















