Icma.az
close
up
RU
Aliment ödəməyən ata həbs olunub

Aliment ödəməyən ata həbs olunub

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda əlil övladına aliment ödəməyən ata həbs edilib. Avtosfer.az "Qafqazinfo"ya istinadə xəbər verir ki, 45 yaşlı Ramin (ad şərtidir) 6 yaşlı oğluna bir il ərzində aliment verməyib. Ən acınacaqlısı isə budur ki, azyaşlı birinci qrup əlildir, görmə qabiliyyətindən tam məhrumdur. Azyaşlının anası məhkəmədə deyib ki, keçmiş əri övladının əlil olduğunu öyrəndikdən sonra ondan imtina edib. Hətta atası uşağın yaşamasını belə istəməyib: “Evliliyimizdən bir il sonra əkiz övladımız dünyaya gəldi. Onlardan biri doğulan kimi vəfat etdi. Digəri isə görmə məhdudiyyətli idi. Bu səbəbdən atası uşağı qəbul etmədi, hətta dedi ki, apar xəstəxanada iynə vurdurub öldür. Amma mən buna razı olmadım. Bundan sonra atamın evinə köçdüm, övladımı tək böyütməyə başladım. Bir müddət sonra boşandıq. Məhkəmə uşağın saxlanılması üçün Raminin hər ay 220 manat aliment, əlavə olaraq müalicəsi üçün 200 manat ödəməsinə qərar verdi”.

Lakin ata bu məhkəmə qərarını icra etməyib. Təqsirləndirilən kişi aliment ödəməməsini işsiz olması ilə əsaslandırsa da, keçmiş həyat yoldaşı onun işlədiyini, sadəcə övladına baxmaq istəmədiyini deyib. Məhkəmə yekunda qadının dediklərini əsaslı hesab edib. Hökmə əsasən, Ramin məhkəmə qərarını icra etməməkdə təqsirli bilinərək 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hökm oxunan kimi məhkəmə zalındaca həbs olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 24 İyul 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see268

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see258

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see252

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see249

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see245

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see244

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see235

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see234

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see231

Subayların sayı artır, biznes üçün YENİ BAZAR yaranır

28 Avqust 2026 15:40see223

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see208

Yorğunluq və unutqanlığın səbəbi...

28 Avqust 2026 15:56see206

Bu tələbələr təhsil kreditindən yararlana biləcək RƏSMİ

28 Avqust 2026 11:58see206

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see203

Pezeşkian: İran qonşu və region ölkələri ilə diplomatiyanı gücləndirməlidir.

29 Avqust 2026 03:52see202

“Siyasi iradənin nəticəsində Özbəkistan daha açıq ölkəyə çevrilib” Mirziyoyev

28 Avqust 2026 20:13see202

Sinir sistemini dəstəkləyən yeddi ən yaxşı meyvənin adı açıqlandı

28 Avqust 2026 21:28see198

Şənbə üçün nəzm

29 Avqust 2026 09:16see195

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see192

Mədəniyyətlərin qovuşduğu məkan: “Alyans”da milli rəqs dərnəyi

29 Avqust 2026 14:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri