Icma.az
close
up
RU
Aliment ödəyicisinin borcunu valideynləri ödəməlidir? KONKRET

Aliment ödəyicisinin borcunu valideynləri ödəməlidir? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi hallarda aliment ödəyicisi sabit gəliri və müavinəti olmadığı üçün təyin olunan məbləği ödəyə bilmir. Belə hallarda qarşı tərəfin uşaqlar üçün nəzərdə tutulan aliment məbləğini almasında problemlər yaranır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, aliment ödəyən şəxs alimenti ödəyə bilmədikdə, ona qarşı digər əmlak sanksiyaları tətbiq edilir:

“Məhkəmə qərarı qətnaməsi dövlətin adından çıxarılmış bir sənəddir və icrası mütləq şəkildə məcburidir. Əgər şəxsin özünün hər hansı bir gəliri yoxdursa və yığılmış aliment borcunu ödəyə bilmirsə, nəticə etibarı ilə həmin şəxsə qarşı digər əmlak sanksiyaları tətbiq oluna bilər. O cümlədən, məhkəmə qətnaməsinin icrasından boyun qaçırdığına görə şəxsin barəsində inzibati və cinayət məsuliyyəti yarana bilər”.

O, qeyd edib ki, aliment ödəyicisinin ödənişdən yayınması onun birinci dərəcəli qohumlarını bu məsuliyyətə cəlb etmir:

“Qeyd edim ki, bununla bağlı güzəşt yalnız tələbkar, yəni alimenti tələb edən şəxs tərəfindən mümkündür. O, həmin borcu bağışlaya bilər. Eyni zamanda şəxsin birinci dərəcəli ailə üzvləri, konkret desək, cəmiyyətdə yaranmış fikir ondan ibarətdir ki, anasının gəliri var, zəhmət çəksin o ödəsin. Xeyir, belə bir öhdəlik valideynin üzərinə qoyula bilməz. Şəxsin yığılmış aliment öhdəlikləri onun anası, atası, bacı-qardaşı və ya digər övladları tərəfindən qarşılana bilməz”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see320

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see311

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see294

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see279

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see228

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see228

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see223

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see218

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see209

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see208

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see204

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see203

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see197

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see196

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see192

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see188

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see180

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see168

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see165

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri