Icma.az
close
up
RU
Bəzən övlad valideynə aliment ödəməlidir Hüquq

Bəzən övlad valideynə aliment ödəməlidir Hüquq

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Ali Məhkəmə ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının pozulması və bu pozuntudan yaranan mənəvi zərərin ödənilməsi ilə bağlı hallara dair izah verib.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında ailə-hüquq münasibətlərindən irəli gələn şəxsiyyət hüquqlarının xüsusi növü kimi ər-arvadın şəxsiyyət hüquqlarının mahiyyəti və bu hüquqlara müdaxiləni qadağan edən hallar aydınlaşdırılıb.

Bildirilib ki, valideynlərin uşaqlarına münasibətdə şəxsiyyət hüquqlarına yetkinlik yaşına çatmış uşaqlarından qayğı və hörmət gözləmək hüququ da aiddir.

Valideynin əmək qabiliyyəti olmadığı hallarda yetkinlik yaşına çatmış uşaqlardan aliment və əlavə xərclər almaq hüququ özü-özlüyündə əmlak hüquqlarıdır. Bu hüquqların pozulması şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə də nəticələnə bilər.

Ailə qanunvericiliyində uşağın öz valideynləri və ailənin digər üzvləri tərəfindən maddi cəhətdən saxlanılmaq, habelə onlardan qanunla müəyyən olunmuş qaydada və miqdarda aliment və əlavə xərc almaq hüququ, vərəsəlik və valideynlərinin əmlakı hesabına saxlanma və s. kimi əmlak hüquqları da təsbit edilib. Bu hüquqlarının pozulması da şəxsiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər.

Valideynlik hüquqlarından məhrum edilmə əsaslarından alimentin qəsdən ödənilməməsi, habelə valideynin xronik alkoqolizm və narkomaniya xəstəsi olması uşağın şəxsiyyət hüquqlarına hüquqazidd müdaxiləyə səbəb olduğu halda, mənəvi zərərlə nəticələnə bilər.

Qeyd edək ki, “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Ali Məhkəmə Plenumunun Qərarı yalnız mülki qaydada vahid məhkəmə təcrübəsinin tənzimlənməsi üçündür. Orada yazılan hüquqazidd əməllər, qadağalar və məsuliyyət mülkidir.(fed.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 Fevral 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see393

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see252

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see238

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see224

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see222

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see211

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see201

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see199

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see198

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see198

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see196

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see196

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see195

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see191

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see190

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see189

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see187

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see182

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see178

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri