Icma.az
close
up
RU
Aliment üçün işçinin maaşından bu qədər tutulacaq Boşanmaların sayı azalacaq?

Aliment üçün işçinin maaşından bu qədər tutulacaq Boşanmaların sayı azalacaq?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Alimentlə əlaqədar işçinin əməkhaqqında tutulmaya dair norma müəyyənləşib. Bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Əmək Məcəlləsinə əsasən, hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz. Əmək haqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əmək haqqının əlli faizi saxlanmalıdır.

Müəyyən edilmiş məhdudiyyətlər islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı işçiyə verilən əmək haqqından məbləğlərin tutulmasına şamil edilmir.

Dəyişikliyə əsasən, sonuncu hallarda tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz. Başqa sözlə, islah işləri çəkərkən, habelə alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı tutulmaların məbləği işçiyə verilməli olan əməkhaqqının 70 faizindən çox ola bilməz.

Yeni qaydalar alimentin ödənişini daha təminatlı etsə də, boşanmaların sayının artdığı bir dövrdə bu dəyişikliklər ailələrin dağılmasının qarşısını almağa, boşanmaların sayını azaltmağa təsir göstərəcəkmi?

Moderator.az-a danışan sosioloq Naib Niftəliyev deyib ki, aliment məbləğinin həmin alimenti ödəyən şəxsin maaşının 70 faizindən çox olmaması ilə bağlı qəbul edilən dəyişiklik məqsədəuyğundur:

“Əgər valideynin əmək haqqı 70 faizi aliment ödəndikdən sonra onun özünə çatan məbləğ yaşayış minimumundan aşağıdırsa, həmin vətəndaşın özü üçün ünvanlı sosial yardım yönəldilməlidir. Qanunvericilik bu istiqamətdə dəyişsə, daha məqsədəuyğun olar. Əks halda, bu, təzyiq və kənar təsir amili olaraq qalır.

Adətən alimentlə bağlı dəyişikliklərdən sonra məcburi xarakter daşıması proseduru tətbiq olunur. Çox vaxt qarşı tərəf bunu bilərək boşanmağa bəhanə axtarır və əksər hallarda belə hallar xanımlar tərəfindən edilir. Kişilər nadir hallarda boşanmaq üçün müraciət edirlər. Aliment tələb edən tərəf də təbii ki, xanımlardır.

Ailələrin sosial təminatı məsələsi ilə bağlı ünvanlı sosial yardım tədbirləri, uşaq pulunun verilməsi və digər oxşar faktorlar nəzərə alınmalıdır. 70 faiz tələbi optimaldır, amma tamamlayıcı faktorlar nəzərə alınsa, daha yaxşı olar.

Məsələn, vətəndaş 700 manat maaş alırsa, bu məbləğ bir nəfərin yaşayış minimumundan bir qədər artıqdır. Əgər üç övladı varsa və onun 70 faizini aliment üçün ödəyirsə, bu kifayət qədər çoxdur. Burada şərtlər və təsnifatlarla bağlı detallı işləmələr vacibdir və qanunvericilikdə bu məqamların nəzərə alınmalıdır”.

Sosioloq  əlavə edib ki, bu istiqamətdə mediasiya qurumlarının təsiri ilə ailələrdə barışın artırılması, Azərbaycan ailə modelinin müsbət dəyərlərinin qorunması və modernləşdirilməsi, həmçinin ailə siyasəti və sosial müdafiə tədbirlərinin gücləndirilməsi vacibdir:

“Bu istiqamətdə konseptual yanaşmalar və prinsipial sosial siyasət hədəflərinin icrasına ehtiyac var. Dövlət müəyyən addımlar atır, amma ictimai rəy göstərir ki, boşanmalara qarşı ictimai təzyiq zəifləyib. Bu, fərdi hüquqların qorunması ilə uşaqların hüquqlarının qorunmasının balansına təsir edir. Həm qadın, həm kişi kənar təsirlərə qarşı daha müdafiəsiz olur, çünki onların əsas müdafiə obyekti ailədir və bu istiqamətdə fəaliyyət qurulmalıdır. Aliment cəza vasitəsi olmamalıdır. Aliment ödənişi çəkindirici vasitə kimi nəzərdə tutula bilər, amma əsas məqsəd övladların saxlanmasını təmin etməkdir. İnsan başa düşməlidir ki, övlad dünyaya gətirilib və aliment vasitəsilə onların ehtiyacları ödənməlidir. Hər hansı şəxsin alimenti sui-istifadə etməsi qarşısını almaq üçün hüquqi, psixoloji və digər mexanizmlər tətbiq edilməlidir ki, aliment vasitəsi sui- istifadə alətinə  çevrilməsin”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Dekabr 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri