Icma.az
close
up
RU
Alimlər Atlantidanı tapdıqlarına inanırlar

Alimlər Atlantidanı tapdıqlarına inanırlar

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


İspaniyanın Geologiya və Mədən İnstitutunun (IGME-CSIC) alimləri Kanar adalarının bir hissəsində yerləşən Lanzarote adası sahillərində tarixi qədim dövrlərə aid olan və dənizin dərinliyində batıb qalmış silsilə adalar tapıblar. Tədqiqatçılar bildirirlər ki, aşkar edilmiş bu sualtı strukturlar milyonlarla il əvvəl mövcud olmuş qədim arxipelaqın zirvələrini təmsil edir. Alimlərin iddiasına görə, onların kəşfi Atlantida əfsanəsi ilə əlaqəlidir.
Reyting.az
-ın məlumatına görə, bu böyük layihəyə rəhbərlik etmiş dəniz geoloqu Luis Somoza deyib ki, "onlar keçmişdə adalar idi, indi isə batıblar. Atlantida əfsanələrində deyildiyi kimi, hələ də batırlar".
Araşdırmalara görə, Eosen dövründə, yəni təxminən 56-34 milyon il əvvəl belə adalar dəniz səviyyəsindən yuxarı qalxaraq ayrıca arxipelaq təşkil edib. Lakin vaxt ötdükcə, vulkanik fəaliyyət dayanıb, qayalar sıxlaşmağa başlayıb, sonra isə adaların hamısı tədricən su altında qalıb.
"Batmış adalardan bəziləri hətta okeanın səthindən cəmi 60 metr aşağıdadır, həm də indiyə qədər çimərliklər, qayalıqlar və qum təpələrini özündə ehtiva edir", - deyə tədqiqatçılar bildiriblər.
Kəşf Atlantidanın mümkün real prototipi ilə bağlı yeni nəzəriyyələrin yaranmasına səbəb olub. Batmış qitə haqqında mif ilk dəfə 2300 il əvvəl qədim yunan filosofu Platon tərəfindən təsvir edilib. O, təbii fəlakət nəticəsində məhv edilmiş güclü sivilizasiyadan söz açan ilk filosofdur.
"Əlbəttə, biz demirik ki, bu, əsl Atlantida sivilizasiyasının izidir, lakin araşdırmalar belə bir ehtimal yaradır. Üstəlik, bölgənin qədim insanları əfsanələşən dünya mifini yaratmağa ruhlana bilərdilər. Ancaq çox güman ki, bu mifin də yaranması əsassız deyildi", - deyə alimlər aydınlıq gətiriblər.
Elm adamları qayaların dəqiq yaşını, adaların batmağa başladığı vaxtı müəyyən etmək üçün Kanar adalarının su altında qalmış vulkanlarının tədqiqini davam etdirməyi planlaşdırırlar. Artıq bu məqsədlə gələn il üçün yeni ekspedisiya da planlaşdırılıb.
"Biz sübutlar tapırıq ki, burada bu gün mövcud olmayan torpaqlar olub. Bu, bizə yerin geoloji prosesləri haqqında yeni biliklər verə biləcək çox heyrətamiz bir kəşfdir", - deyə Luis Somoza əlavə edib.
İspaniya və Kanar adalarının ərazisinə daxil olan, Lanzarote adasının sahilindəki Los Atlantes adlanan bu yerlə Atlantida arasındakı əlaqə hələ ki, fərziyyə olsa da, yeni kəşf artıq tarixçilər, arxeoloqlar, geoloqlar arasında geniş maraq yaradıb.
Alimlərin fikrincə, ola bilsin ki, gələcəkdə aparılacaq yeni tədqiqatlar su altında öz tarixini gizlədən, əfsanələşən Atlantida olduğu güman edilən qədim torpaqların sirlərini daha da əhatəli, geniş araşdırıb dəqiq müəyyənləşdirməyə kömək edəcək.
Onu da qeyd edək ki, tədqiqatlar davam etsə də, artıq ispaniyalı bəzi alimlər suya batmış şəhərin qalıqlarının məhz Atlantidaya məxsus olduğunu iddia edirlər.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://reyting.az
archiveBu xəbər 09 Fevral 2025 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see330

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see320

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see312

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see304

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see299

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see290

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see282

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see271

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see266

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see262

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see248

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see228

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see226

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see216

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see216

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see206

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see193

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see184

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see174

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri