Icma.az
close
up
RU
Alimlər balıq və ətin xarab olmasını ləngidən təbii vasitə tapıblar

Alimlər balıq və ətin xarab olmasını ləngidən təbii vasitə tapıblar

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Çinli alimlər müəyyən ediblər ki, darçın efir yağı balıq və ətin xarab olmasına səbəb olan bakteriyaların çoxalmasını effektiv şəkildə ləngidir.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "Food Bioscience" jurnalında dərc olunub.

Laboratoriya şəraitində aparılan sınaqlar göstərib ki, darçın efir yağı Shewanella putrefaciens adlı bakteriyaya qarşı güclü antimikrob təsir göstərir. Bu bakteriya zülal tərkibli qidaların, xüsusilə də balığın, hətta aşağı temperaturda saxlanıldıqda belə çürüməsinə səbəb olur.

Eksperimentlər nəticəsində məlum olub ki, efir yağı az miqdarda istifadə edildikdə belə bakteriyaların çoxalmasını ləngidir və onların hüceyrə quruluşunu pozur. Nəticədə hüceyrələrdən zülal və nuklein turşuları kimi maddələr sızaraq bakteriyanın məhv olmasına gətirib çıxarır.

Alimlər həmçinin müəyyən ediblər ki, darçın yağının tərkibindəki əsas komponent trans-sinnamaldehid bakteriya hüceyrələrində oksidləşdirici stress yaradır və onların enerji mübadiləsini pozur. Bu isə bakteriyanın yaşamasını çətinləşdirir.

Tədqiqatçılar hesab edirlər ki, darçın efir yağı heyvan mənşəli məhsulların saxlanma müddətini artırmaq üçün sintetik konservantlara təbii alternativ ola bilər. 

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri