Alimlər bəşəriyyətə dünya ilə bağlı vacib xəbərdarlıq etdi
Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bəşəriyyətin sayı hazırda planetin mövcud resurslarla sabit saxlaya biləcəyi həddi keçib. "Environmental Research Letters" jurnalında dərc olunan araşdırmaya görə, son 200 ilin demoqrafik göstəriciləri və resurs istifadəsi dinamikası Yer kürəsinin hədsiz yükləndiyini göstərir.
Tədqiqat müəllifləri hesab edirlər ki, indiki istehlak səviyyəsində planetimiz üçün optimal əhali sayı təxminən 2,5 milyard nəfərdir. Lakin hazırda dünya əhalisinin sayı 8 milyardı ötüb. Bu isə planetin imkanları ilə real tələbat arasında kəskin fərq yaradır. Ekspertlər qeyd edirlər ki, əhalinin bu qədər sürətli artımı qalıq yanacaqlardan istifadə sayəsində mümkün olub, çünki bu enerji növü resurslara çıxışı müvəqqəti olaraq asanlaşdırıb.
Proqnozlara görə, yaxın onilliklərdə artım sürəti zəifləsə də, tam dayanmayacaq. XXI əsrin ikinci yarısında dünya əhalisinin 11-12 milyard nəfərə çatacağı gözlənilir. Elm adamları vurğulayırlar ki, enerji, su, torpaq və qida istifadəsində ciddi dəyişikliklər edilməsə, təbiətə olan təzyiq daha da artacaq. Bu vəziyyət gələcəkdə qlobal qeyri-sabitliyə yol aça bilər.
İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Alimlər xəbərdarlıq edir
28 May 2026 15:21
Alimlər “meqaquraqlıq” təhlükəsi barədə xəbərdarlıq etdi
18 Yanvar 2025 03:31
Avropa alışıb yanır Alimlər xəbərdarlıq etdi
12 İyul 2026 22:12
Dünya Kubokunda ölümcül təhlükə Alimlər xəbərdarlıq etdilər
14 May 2026 15:37
Alimlər kütləvi meymunçiçəyi təhlükəsi barədə xəbərdarlıq etdi
24 Yanvar 2025 16:34
Baxış sayı:119
Bu xəbər 08 Aprel 2026 06:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları