Alimlər beynin yuxusuzluğa necə reaksiya verdiyini araşdırdı
Icma.az bildirir, Azpost saytına əsaslanaraq.
Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri beynin fəaliyyəti ilə bağlı indiyədək mövcud olan təsəvvürləri dəyişdirən maraqlı bir nəticəyə gəliblər. Uzun müddət hesab olunurdu ki, beynin “özünü təmizləmə” prosesi əsasən dərin yuxu zamanı baş verir. Bu zaman beyin-omurilik mayesi dalğavari hərəkətlərlə beyin toxumalarını yuyur və gün ərzində yığılan toksinləri xaric edir.
Yeni araşdırma isə göstərib ki, bu təmizlənmə mexanizmi günün işıqlı vaxtlarında da — kəskin yuxu çatışmazlığı zamanı — aktivləşə bilər.
AzPost xəbər verir ki, tədqiqat 26 könüllünün iştirakı ilə aparılıb və nəticələr göstərib ki, bir gecə yuxusuz qalan insanlarda diqqətin zəiflədiyi, hissiyatın yayınmağa başladığı anlarda beyində maye hərəkəti dərin yuxudakı kimi dalğalar şəklində baş verir. Bu, beynin gecə yuxusunun çatışmazlığını qismən kompensasiya etməyə çalışdığını sübut edir. Başqa sözlə, orqanizm toksinlərin təhlükəli səviyyədə yığılmasının qarşısını almaq üçün oyaqlıq vəziyyətində belə qısa “təcili təmizləmə” seansları başladır.
Alimlərin fikrincə, bu mexanizm beynin özünü qoruma qabiliyyətinin nə qədər çevik olduğunu göstərir. Bu kəşf həmçinin izah edir ki, insanlar çox yorğun olanda niyə diqqətlərini toplamaqda çətinlik çəkirlər: həmin anlarda beyin, böyük ehtimalla, daxili “təmizləmə” rejiminə keçərək özünü zərərdən qorumağa çalışır.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 14 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















