Icma.az
close
up
RU
Alimlər dünyada ən nadir yeni qan qrupunu aşkarlayıblar TƏDQİQAT

Alimlər dünyada ən nadir yeni qan qrupunu aşkarlayıblar TƏDQİQAT

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 24 iyun, AZƏRTAC

Fransa Qan Müəssisəsi qan qrupu sistemlərinə dair mühüm elmi yeniliyə imza atıb. Qurumun yaydığı rəsmi açıqlamaya əsasən, tədqiqatçılar Karib dənizində yerləşən Qvadelupa adasından olan bir qadında əvvəllər elmi ədəbiyyatda məlum olmayan, “Qvada mənfi” adlandırılan yeni qan qrupu müəyyən ediblər. Bu nadir kəşf Beynəlxalq Qanköçürmə Cəmiyyəti (International Society of Blood Transfusion, ISBT) tərəfindən rəsmən tanınaraq dünyada təsdiqlənmiş 48-ci qan qrupu sistemi kimi qeyd alınıb.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, yeni qan qrupunun aşkarlandığı xəstədə ilk qeyri-adi immunoloji markerlər 2011-ci ildə müşahidə olunub. Lakin həmin dövrdə mövcud texniki imkanlar bu fenomenin dərinləşdirilmiş tədqiqinə şərait yaratmayıb. Kəşfdə iştirak edən EFS-nin tibbi bioloqu Thierry Peyrard bildirib ki, yalnız 2019-cu ildə tətbiq edilən “yüksək məhsuldar DNT ardıcıllığı” texnologiyası sayəsində genetik mutasiyanın dəqiq təhlili mümkün olub.

Tədqiqat nəticələrinə görə, Parisdə yaşayan və kəşf zamanı 54 yaşı olan xəstə valideynlərindən hər ikisinin nadir mutasiyaya malik genlərini irs alıb. Qadında aşkarlanan qan qrupu hazırda dünyada yalnız ona məxsus olan unikal bir genetik konfiqurasiyanı təmsil edir. EFS bu qan qrupunu xəstənin coğrafi mənşəyini nəzərə alaraq və beynəlxalq elmi ictimaiyyətdə qəbul olunması məqsədilə “Qvada mənfi” olaraq adlandırıb.

ABO qan qrupu sisteminin ilk dəfə XX əsrin əvvəllərində kəşf edilməsindən sonra DNT texnologiyasının inkişafı nəticəsində son illərdə yeni qan qruplarının aşkarlanması prosesi sürətlənib. Yeni qan qruplarının müəyyən edilməsi, xüsusilə nadir qan tiplərinə sahib xəstələrə göstərilən tibbi xidmətin dəqiqliyini və effektivliyini artırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda Thierry Peyrard və tədqiqat komandası bu unikal qan qrupuna sahib digər fərdlərin aşkarlanması istiqamətində araşdırmalarını davam etdirir. EFS qeyd edir ki, belə nadir hallar təkcə elmi cəhətdən deyil, həm də klinik praktikada donor uyğunluğu və xəstə təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 05:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri