Alimlər əhvali ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu tapıblar
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Texas Universitetinin (ABŞ) alimləri əhvali-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu tapıblar.
Oxu.Az xəbər verir ki, tədqiqat "Psychology of Sport and Exercise" (PSE) jurnalında dərc olunub.
Amerikalı elm adamları bildiriblər ki, çox gəzmək və az oturmaqla əhvali-ruhiyyəni yüksəltmək mümkündür.
Tədqiqatçılar 350 nəfərin həyat tərzini yaxından izləyiblər.
Məlum olub ki, iştirakçılar ən azı 30 dəqiqə oturaq vaxtı gəzinti, təmizlik və ya alış-verişlə əvəzlədikləri günün sabahı özlərini daha ayıq və enerjili hiss ediblər.
Alimlər qeyd edibər ki, yüngül məşqlər insanın əhvalınını yaxşılaşmasına yaxşı kömək edir. Qaçış və ya məşq kimi orta və ya güclü fiziki fəaliyyətlər isə daha az dərəcədə inasının əhvali-ruhiyyəsini yaxşılaşdırır.
Uzun müddət oturmaq və ya uzanmaq sayıqlığı azaldır. Yuxu müddəti isə əhval-ruhiyyəyə əhəmiyyətli təsir göstərməyib.
Tədqiqatda iştirak edən professor Lyao bildirib: "Biz idmanın əsas amil olacağını gözləyirdik. Amma belə çıxır ki, zərif, əlçatan hərəkətlər əsas rol oynayır. Tərləməyə ehtiyac yoxdur, sadəcə həmişəkindən bir qədər çox hərəkət etmək kifayətdir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 25 Oktyabr 2025 06:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















