Alimlər həyəcan təbili çalır Starlink peykləri Yerə tökülür
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İlon Maskın “SpaceX” şirkəti minlərlə Starlink peyki ilə Yer orbitini doldurarkən kosmik tullantı böhranı sürətlə dərinləşir.
Lent.az xəbər verir ki, hazırda hər gün 1–2 Starlink peykinin Yerə düşdüyü açıqlanıb.
2019-cu ildən bəri 8 mindən çox peyk buraxılıb, təkcə 2025-ci ildə bu rəqəmə 2 mindən artıq əlavə olunub. Amazon və Çin də minlərlə peyk buraxmağı planlaşdırır.
Mütəxəssislər peyklərin ömrünün orta hesabla 5 il olduğunu, idarəli şəkildə Yerə yönləndirilsə də, parçalanma zamanı yaranan metal və kimyəvi maddələrin atmosferi çirkləndirə biləcəyini bildirir.
ABŞ Federal Aviasiya İdarəsinin (FAA) hesabatına görə, 2035-ci ildən etibarən hər il 28 min peyk qalıqları atmosferə daxil ola bilər. Bu isə insanların kosmik tullantı səbəbindən həyatını itirmə riskini 61%-ə qədər artırır.
Alimlərin ən böyük qorxusu isə “Kessler sindromu”dur – yəni orbitdə zəncirvari toqquşmaların insanlığın kosmosa çıxışını onillərlə, hətta əsrlərlə mümkünsüz etməsi ehtimalı.
Üstəlik, güclü günəş fırtınaları bir anda yüzlərlə peyki sıradan çıxara bilər. Mütəxəssislər xəbərdarlıq edir: “Artıq kosmik tullantılar problemini görməzlikdən gəlmək mümkün deyil.”

