Alimlər idman zalı ilə depressiya arasında əlaqə aşkar etdilər
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Alimlər müəyyən ediblər ki, güc məşqləri insanın psixoloji vəziyyətinə müsbət təsir göstərir və depressiya riskini azalda bilər.
BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri "Psypost" jurnalında dərc olunub.
Tədqiqat zamanı məlum olub ki, əzələ gücü artdıqca beynin yaddaş, düşünmə və stresslə mübarizəyə cavabdeh olan hippokamp bölgəsi də daha yaxşı inkişaf edir.
Mütəxəssislərin sözlərinə görə, fiziki cəhətdən daha güclü insanlar daha aktiv həyat tərzi keçirir və özlərini bioloji baxımdan daha dayanıqlı hiss edirlər.
Araşdırmada ən zəif və ən güclü iştirakçılar arasında depressiya və psixoloji problemlər riski baxımından təxminən 42 faiz fərq olduğu bildirilib.
Alimlər hesab edirlər ki, müntəzəm məşqlər insan beynini stressə, həyat çətinliklərinə və narahatlıqlara qarşı daha davamlı edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 18 May 2026 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















