Icma.az
close
up
RU
Alimlər karbon tutmağı bacaran 3D beton çap metodu hazırlayıblar AZƏRTAC

Alimlər karbon tutmağı bacaran 3D beton çap metodu hazırlayıblar AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Sinqapurun Nanyang Texnoloji Universitetinin (NTU) alimləri tikinti sənayesinin ətraf mühitə təsirini azaltmaq məqsədilə karbon qazını (CO₂) tutan innovativ 3D beton çap texnologiyası hazırlayıblar. Bu metod qlobal istixana qazı emissiyalarının təxminən 8 faizi olan sementin karbon izini azaltmağa yönəlib.

AZƏRTAC “techxplore.com” elmi xəbərlər saytına istinadla xəbər verir ki, “Carbon Capture Science & Technology” jurnalında dərc edilən araşdırmaya əsasən, yeni 3D çap prosesi CO₂ və buxarın beton qarışığına birbaşa vurulması ilə karbonun beton strukturunda saxlanmasını təmin edir. Bu yanaşma ənənəvi betonla müqayisədə betonun sıxılma gücünü 36,8 faiz, əyilmə gücünü isə 45,3 faiz artırır. Bununla yanaşı, çap prosesinin karbontutma qabiliyyəti 38 faiz yüksəkdir.

Tədqiqatın rəhbəri, NTU-nun professoru Tan Ming Jen bildirib ki, bu texnologiya yalnız betonun mexaniki xüsusiyyətlərini yaxşılaşdırmaqla kifayətlənmir, həm də tikinti sənayesinin karbon emissiyalarını azaldır. Alimlər hesab edirlər ki, bu sistem elektrik stansiyaları və sənaye müəssisələrinin tullantısı olan CO₂-ni 3D beton istehsalında istifadə etməklə qlobal davamlı inkişaf məqsədlərinə mühüm töhfə verə bilər.

Tədqiqatın birinci müəllifi, NTU doktorantı Lim Sean Gip, texnologiyanın iqlim dəyişikliyinə qarşı mübarizədə mühüm rol oynayacağını vurğulayıb. Həmmüəllif, doktor Daniel Tay isə bu yanaşmanın daha güclü, davamlı və ekoloji cəhətdən təmiz tikinti texnologiyasının inkişafına təkan verəcəyini qeyd edib.

Bu metod ənənəvi enerjitutumlu dəmir-beton istehsalından asılılığı azaltmaqla, tikinti sənayesində dayanıqlı inkişaf məqsədlərinə çatmağa töhfə verəcək potensiala malikdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2024 07:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri