Alimlər koronavirus pandemiyasının başladığı yeri izləyiblər
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Alimlər ölümcül koronavirusların mənşəyini yenidən araşdırıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, hər iki pandemiyanın - 2003-cü ildə SARS və 2020-ci ildə COVID -19-un çox güman ki, eyni şəkildə başladığını aşkar ediblər: Çindəki vəhşi heyvan bazarından.
Təfərrüatlar
“The New York Times”ın “Cell” jurnalındakı araşdırmaya istinadən verdiyi məlumata görə, yeni genetik analiz viruslar arasında təəccüblü oxşarlıqlar olduğunu göstərib: hər ikisi yarasalarda yaranıb, lakin heyvan bazarlarında satılan vəhşi məməlilər vasitəsilə insanlara keçib.
Alimlər heyvanlarda koronavirusun və əlaqəli virusların yüzlərlə genomunu təhlil ediblər və patogenlərin insanlara necə “sıçradığını” dəqiq izləyə biliblər. Maraqlıdır ki, yarasalarda SARS-CoV-2-nin son mutasiyası 2012-2014-cü illər arasında - pandemiyadan çox əvvəl baş vermiş ola bilər.
Hər iki halda virus yarasaların təbii yaşayış yerindən uzaqda yerləşən şəhərlərdə peyda olub. Bu, onların infeksiyada birbaşa iştirakını istisna edir və meqapolislərə satış üçün daşınan vəhşi heyvanlar haqqında nəzəriyyəni gücləndirir.
Araşdırmaçılar xəbərdarlıq edirlər: nə qədər ki, vəhşi fauna ilə şəhər mərkəzlərində alqı-satqıya davam edir, yeni bir pandemiya yalnız zaman məsələsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 May 2025 12:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















