Icma.az
close
up
RU
Alimlər müəyyən ediblər ki, yaşlılar üçün tək yemək təhlükəlidir

Alimlər müəyyən ediblər ki, yaşlılar üçün tək yemək təhlükəlidir

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Alimlər müəyyən ediblər ki, yaşlılar üçün tək yemək təhlükəlidir


Tək yemək yaşlılarda sümük zəifliyi və bədən kütləsinin azalması riskini artırır. Flinders Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər. Oxuməni.az xəbər verir ki, tədqiqatın nəticələri "Appetite" jurnalında dərc olunub.
Alimlər əvvəllər dərc edilmiş 20 beynəlxalq tədqiqatın məlumatlarını təhlil ediblər. Bu tədqiqatlarda 12 ölkədən 65 yaşdan yuxarı 80 mindən çox insan iştirak edib. Meta-analiz göstərib ki, tək yeməklər rasionun ümumi keyfiyyətinin aşağı düşməsi və əsas qida qruplarının çatışmazlığı ilə əlaqələndirilir. Həmçinin, tez-tez tək yeyən yaşlı insanlarda təsadüfi bədən kütləsi itkisi və sümük kövrəkliyinin inkişafı riski artır.
Xüsusilə protein istehlakında fərqlər daha çox müşahidə olunur. Protein, yaşlılıqda əzələ kütləsinin qorunması və funksional müstəqilliyin saxlanması üçün vacib qida maddəsidir.
Müəlliflər qeyd edirlər ki, yemək təkcə fizioloji deyil, həm də sosial prosesdir. Süfrədə yoldaşın olmaması iştahanı azaldır, rasionun müxtəlifliyini məhdudlaşdırır və emosional vəziyyətə mənfi təsir göstərə bilər. Bu amillərin birləşməsi qida çatışmazlığına və fiziki sağlamlığın pisləşməsinə səbəb olur.
Alimlər vurğulayırlar ki, tək yemək potensial olaraq dəyişdirilə bilən bir risk faktorudur. Yemək zamanı sosial qarşılıqlı əlaqəni stimullaşdırmaq və birgə yeməklər üçün şərait yaratmaq yaşlı insanların qidalanma keyfiyyətini və ümumi sağlamlığını yaxşılaşdırmağa kömək edə bilər.
Almaz Həsənli

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 20 Noyabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri