Icma.az
close
up
RU
Alimlər ömrü uzadan yeni gen aşkarlayıblar

Alimlər ömrü uzadan yeni gen aşkarlayıblar

Icma.az bildirir, News24 portalına istinadən.

Alimlər uzunömürlülüklə əlaqəli yeni gen aşkarlayıblar.

News24.az xarici mediaya istinadla xəbər verir ki, sağlam qidalanmanın, idman etmənin, siqaret çəkməməyin və güclü sosial əlaqələrin qurulmasının ömrü uzadan amillərdən olduğu qəbul edilir.

Mütəxəssislər canlıların ömründə genetikanın böyük rol oynadığını da bilirlər. Hansı genlərin ömrü uzatdığını bilmək alimlərə qocalmanı və bu proses zamanı baş verən xəstəlikləri daha yaxşı anlamağa kömək edir. Bu sayədə xəstəliklərə qarşı daha inkişaf etmiş dərman və üsullar istehsal oluna bilər.

Kopenhagen Universitetinin tədqiqatçıları bu istiqamətdə mühüm addım ataraq ömrü uzadan yeni gen müəyyən ediblər. Tədqiqatçılar uzunömürlülüklə yaxından əlaqəli olan FOXO transkripsiya faktorları adlı bir qrup zülalları araşdırarkən belə bir qərara gəliblər.

“Nature Communications” jurnalında dərc edilən araşdırmada ifadələri dəyişdikdə həyatın uzunluğunu dəyişən 10 gen müəyyən edilib. “OSER1” adlı genin ən böyük təsirə malik olduğunu anlayan alimlər buna diqqət yetiriblər. Tədqiqatçılar qeyd ediblər ki, “OSER1” meyvə milçəklərində, yuvarlaq qurdlarda və ipəkqurdlarında, eləcə də insanlarda olur. Komanda hazırda “OSER1”-in insanlarda oynadığı rolun dərəcəsini aydın şəkildə müəyyən etməyə çalışır.

Kifayət qədər resurs olmadığını bildirən Zhiquan Li, aparıcı müəllifi olduğu araşdırma haqqında bildirib ki, “OSER1”in qocalmanın və uzunömürlülüyün əhəmiyyətli tənzimləyicisi olduğunu nümayiş etdirən ilk araşdırmadır: “Gələcəkdə biz “OSER1”dən təsirlənən yaşla bağlı xüsusi xəstəliklər və qocalma prosesləri haqqında məlumat verməyə ümid edirik”.

Tədqiqatçılar qocalma ilə əlaqəli xəstəliklərə qarşı dərmanlar hazırlamağı hədəflədikləri üçün araşdırmanın əvvəlindən insanlarda olan genlərə diqqət yetirdiklərini ifadə ediblər.

“Əgər bu gen yalnız heyvanlarda olsaydı, insan sağlamlığına uyğunlaşmaq çətin olardı”, - deyə Zhiquan Li izah edib.

Genin ömür uzunluğuna təsirini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olsa da, nəticələr insanların sağlam və uzun ömür sürməsinə kömək edən tədqiqatda mühüm bir addım olduğunu göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Dekabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri