Alimlər şizofreniya ilə bağlı səkkiz yeni gen aşkar ediblər ARAŞDIRMA
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakı, 16 avqust, AZƏRTAC
Kardiff Universitetinin alimləri şizofreniya ilə əlaqəli səkkiz yeni gen müəyyən ediblər.
AZƏRTAC “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu kəşf indiyə qədər aparılan ən böyük ekzom ardıcıllığı araşdırmasının nəticəsidir və xəstəliyin səbəblərini daha yaxşı anlamağa imkan verir.
“Nature Communications” jurnalında dərc olunan araşdırmada şizofreniya diaqnozu qoyulmuş 28 min 898 nəfərin, sağlam 103 min 041 şəxsin və 3 444 ailənin genetik məlumatları təhlil olunub. Nəticədə iki gen – STAG1 və ZNF136 şizofreniya ilə güclü şəkildə əlaqələndirilib. Daha altı gen (SLC6A1, KLC1, PCLO, ZMYND11, BSCL2 və CGREF1) isə orta səviyyəli sübutlarla xəstəliklə bağlıdır.
Alimlər bildirirlər ki, bu genlərdəki mutasiyalar beynin kimyəvi rabitəsini pozaraq xəstəliyin inkişafına səbəb ola bilər. Xüsusilə SLC6A1 və KLC1 genlərindəki dəyişikliklər şizofreniya riskini artıran yeni mutasiya növü kimi müəyyən edilib. Mütəxəssislərə görə, bu tapıntılar şizofreniyanın autizm, epilepsiya və inkişaf geriliyi kimi digər nevroinkişaf pozğunluqları ilə ortaq genetik köklərə malik olduğunu da göstərir. Tədqiqatçılar hesab edirlər ki, bu kəşf gələcəkdə yeni dərmanların hazırlanması və hədəfli müalicələrin inkişafı üçün mühüm addımdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 16 Avqust 2025 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















