Icma.az
close
up
RU
Alimlər Trampın parasetamolun zərərləri ilə bağlı sözlərini təkzib ediblər

Alimlər Trampın parasetamolun zərərləri ilə bağlı sözlərini təkzib ediblər

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

ABŞ prezidenti Donald Tramp parasetamolun (Tylenol) qəbulundan imtina etməyə çağıraraq onun autizm ilə mümkün əlaqəsindən danışıb.

AZƏRTAC xəbər verir ki, “Nature” jurnalında dərc olunan yeni məqalədə tədqiqatçılar vurğulayıblar ki, bu əlaqəni sübut edən etibarlı dəlillər mövcud deyil.

FDA həqiqətən də preparatın təlimat vərəqəsinə “mümkün assosiasiya” barədə xəbərdarlıq əlavə edib. Amma İsveç və Yaponiyada aparılan genişmiqyaslı tədqiqatlar göstərib ki, risk səviyyəsindəki fərqlər minimumdur və ailəvi amillər nəzərə alındıqda bu risk ehtimalı tamamilə yoxa çıxır. Hətta qardaş və bacılar müqayisə edildikdə və onlardan biri preparatı qəbul etdikdə, heç bir əlaqə aşkar edilməyib.

Mütəxəssislər qeyd edirlər ki, parasetamol hamilə qadınlarda ağrı və qızdırmanın azaldılması üçün ən təhlükəsiz vasitələrdən biri olaraq qalır. Əsassız qorxular gələcək analarda stressi artırmaqla yanaşı, onların həlledici dövrdə effektiv tibbi yardımdan məhrum qalmasına da səbəb ola bilər.

Alimlər əlavə edirlər ki, autizm diaqnozlarının sayının artması parasetamol kimi dərmanların istifadəsi ilə deyil, ilk növbədə xəstəliklə bağlı meyarların dəyişməsi və cəmiyyətin bununla bağlı məlumatlılığının artması ilə izah olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 05:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see596

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see130

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see129

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see129

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see129

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see127

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see127

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see125

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see122

“Üzüklərin hökmdarı“ filminin çəkildiyi milli parkda güclü yanğın

09 Noyabr 2025 23:49see121

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see120

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri