Alimlər Xəzər dənizinin dayazlaşmasının səbəbini TAPDI
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Alimlər Xəzər dənizinin İtil çayı deltası yaxınlığındakı dayazlaşmanın yeni səbəbini aşkarlayıblar.
"Ölkə.az" xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Həştərxan Təbiət Qoruğu ilə birlikdə İtil çayının (indiki Volqa) deltasında və Xəzər dənizinin şimal hissəsində dayazlaşmanın səbəblərini araşdırmaq məqsədilə ekspedisiya həyata keçiriblər.
Ekspedisiya zamanı su nümunələri deltada, Qandurinski kanalında və Xəzər dənizinin 50 km-dək ərazilərində götürülüb. 2021-ci ildən sonra ilk dəfə olaraq Malıy Jemçujnı adasının yaxınlığında şirin və dəniz suyunun qarışdığı zona müşahidə olunub ki, bu da zəif yaz axını ilə bağlıdır.
"Sentinel-2" peyklərinin məlumatları sayəsində qarışma zonalarının dəqiq xəritəsi tərtib edilib. Alimlərin sözlərinə görə, əldə olunan nəticələr dayazlaşmanın qarşısını almaq üçün effektiv üsulların hazırlanmasına və Xəzər dənizinin şimal hissəsində mühafizə olunan dəniz ərazilərinin yaradılmasına zəmin yaradacaq.(Musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 03 Avqust 2025 04:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















