Rusiya və Azərbaycan Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün çalışır AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Moskva, 3 dekabr, AZƏRTAC
Rusiya və Azərbaycan prezidentləri Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün birgə işləmək barədə razılığa gəliblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin gənc alimlərlə görüşündə danışıb.
“Bakıya səfər etdikdən sonra İlham Heydər oğlu ilə razılığa gəldik ki, bu mövzuda birgə işləyəcəyik. Mən artıq Rusiya Federasiyası Hökumətinə müvafiq fəaliyyət proqramının hazırlanması ilə bağlı tapşırıq vermişəm”, - deyə Rusiyanın dövlət başçısı bildirib.
O qeyd edib ki, bu məsələ Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşdə də müzakirə olunub.
“Xəzərin dayazlaşması hər kəsi narahat edir. Əlbəttə ki, bundan açıq və nəzərəçarpacaq dərəcədə əziyyət çəkən heyvan növlərinə diqqət yetirmək lazımdır. Amma ümumilikdə bu, böyük problemdir”, - deyə Rusiya lideri vurğulayıb.
O qeyd edib ki, Xəzərin Aral dənizinin taleyini təkrarlamasına yol vermək olmaz və onun dayazlaşmasının qarşısını almaq üçün bütün tədbirlərin görülməsi vacibdir.
“Mən, hətta səylərimizi birləşdirməklə belə nəsə edə biləcəyimizdən əmin deyiləm, çünki təbiət çox güclü bir sistemdir. Buna baxmayaraq, bizdən asılı olan nə varsa, onu etməliyik”, - deyə Putin bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 03 Dekabr 2024 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















