Icma.az
close
up
RU
Alimlər xolesterinin aktivliyini işıqla idarə etməyi öyrəndilər

Alimlər xolesterinin aktivliyini işıqla idarə etməyi öyrəndilər

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Amerikalı kimyaçılar xolesterinin bioloji aktivliyini işığın köməyi ilə idarə etməyə imkan verən yeni molekullar hazırlayıblar.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of the American Chemical Society" jurnalında dərc olunub.

Xolesterin adətən ürək-damar xəstəlikləri ilə əlaqələndirilsə də, insan orqanizmi üçün həyati əhəmiyyət daşıyır. O, hüceyrə membranlarının tərkib hissəsidir və estrogen, testosteron da daxil olmaqla bir sıra vacib hormonların sintezi üçün əsas maddə rolunu oynayır. Bununla belə, xolesterinin hüceyrə daxilində davranışı və funksiyaları hələ də tam şəkildə öyrənilməyib.

Araşdırmanın müəlliflərindən biri, Pensilvaniya Universitetinin postdoktorantı Maykl Zott bildirib ki, xolesterin sağlamlıq və xəstəliklərin inkişafında çoxsaylı proseslərdə iştirak edir, lakin ölçüsünün kiçik olması və kimyəvi xüsusiyyətlərinə görə onu müşahidə etmək olduqca çətindir.

Bu problemi aşmaq üçün alimlər adətən xolesterini təqlid edən, lakin xüsusi kimyəvi “nişanlarla” təchiz olunmuş funksional analoqlardan istifadə edirlər. Yeni tədqiqatda isə Dirka Traunerin rəhbərlik etdiyi elmi qrup bir addım da irəli gedərək “fotoxolesterinlər” adlanan, işığa həssas fraqmentlərə malik xolesterin analoqları yaradıb.

İşıq şüası ilə təsir göstərildikdə bu molekullar formasını dəyişir və onların bioloji aktivliyini “aktivləşdirmək” və ya “söndürmək” mümkün olur. Bu yanaşma məkan-zaman nəzarəti adlanan yeni imkan açır: preparat orqanizmə bütöv şəkildə yeridilir, lakin yalnız lazım olan nahiyədə və vaxtda işıq vasitəsilə aktivləşdirilir.

Dirk Traunerin sözlərinə görə, işığın bəzi növləri toxumalara kifayət qədər dərin nüfuz edə bilir. Bu isə molekulun bütün orqanizmə təsir etmədən, dəqiq bir nöqtədə və konkret anda aktivləşdirilməsinə şərait yaradır.

Maykl Zott qeyd edib ki, bu molekulların yüksək seçiciliyi ayrı-ayrı zülalların dəqiq şəkildə “yandırılıb-söndürülməsi” üçün alətlər yaratmağa imkan verir. Bu da gələcəkdə xolesterinin hüceyrə daxilində daşınma mexanizmlərinin daha dərindən öyrənilməsinə kömək edə bilər.

Alimlər növbəti mərhələdə işıqla idarə olunan bu molekullardan normal və patoloji şəraitdə xolesterinin hərəkətinin detallı xəritələnməsi üçün istifadə etməyi planlaşdırırlar. Eyni yanaşmanın digər lipidlərə də tətbiqi nəzərdə tutulur.

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 Dekabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see356

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see315

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see250

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see210

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see196

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see193

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see180

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see159

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see158

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see157

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see156

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see155

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see149

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see148

Azərbaycan güləşçiləri Göygöldə növbəti təlim məşq toplanışına başlayıblar

30 Yanvar 2026 17:51see140

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see139

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see139

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see137

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri