Icma.az
close
up
RU
Alimlərdən COP30 ərəfəsində xəbərdarlıq: iqlim üzrə dönüş nöqtəsi arxada qalıb

Alimlərdən COP30 ərəfəsində xəbərdarlıq: iqlim üzrə dönüş nöqtəsi arxada qalıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 oktyabr, AZƏRTAC

Qlobal istiləşmə təhlükəli hədləri gözlənildiyindən tez keçir və bütün dünyada mərcan rifləri artıq geri dönməz dərəcədə azalma vəziyyətindədir. Bu, bazar ertəsi alimlərin iqlimlə bağlı ekosistemin çökməsində ilk “dönüş nöqtəsi” adlandırdıqları fenomeni bir daha təsdiq edir.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, dünyanın hər yerindən 160 tədqiqatçı tərəfindən tərtib edilmiş və geriyə dönüşün olmadığı nöqtələri qiymətləndirmək üçün təməl elmi nailiyyətləri ümumiləşdirən “Qlobal dönüş məqamları” adlı hesabatda yer alan xəbərdarlıq bu il Braziliyanın Amazon tropik meşələrinin kənarında keçiriləcək COP30 iqlim sammitindən bir neçə həftə əvvələ təsadüf edir.

Hesabatda bildirilir ki, meşələrin qırılma sürətinə əsasən, orta qlobal temperatur Selsi üzrə 1,5 dərəcəni keçərsə, həmin tropik meşə sistemi yox olmaq riski ilə üzləşəcək. Amazon üçün proqnozlaşdırılan hədd aşağıya doğru yenidən müəyyən edilib.

Narahatlıq doğuran məqamlardan biri də odur ki, temperaturun yüksəlməyə davam edəcəyi təqdirdə Şimali Avropada mülayim qışı təmin edən əsas okean cərəyanının, Atlantik Meridional Dövriyyənin (AMOC) pozulması təhlükəsi yarana bilər.

“Təəssüf ki, hazırda iqlim və biosferdə dəyişikliklər sürətlə baş verir”, -deyə hesabatın aparıcı müəllifi Exeter Universitetinin ekologiya üzrə alimi Tim Lenton qeyd edib. O, iqlim dəyişikliyinə ən çox cavabdeh olan qazıntı yanacaqlarından tədricən uzaqlaşmada müsbət irəliləyiş olduğunu qeyd edib. Məsələn, “Ember” qeyri-kommersiya analitik mərkəzinin məlumatına görə, bu il ilk dəfə olaraq bərpaolunan enerji mənbələri hesabına kömürdən daha çox elektrik enerjisi istehsal edilib.

Noyabrda keçiriləcək COP30 konfransında alimlər ölkələri qlobal istiləşməyə töhfə verən karbon emissiyalarını azaltmağa çalışmağa çağırıblar.

Alimləri təbiətdə dəyişikliklərin daha sürətlə baş verməsi təəccübləndirir: BMT və Aİ-nin elmi agentliklərinin məlumatına görə, orta qlobal temperatur sənayedən əvvəlki orta göstərici ilə müqayisədə artıq 1,3-1,4 dərəcə Selsi artıb. Son iki il müşahidələr tarixində ən isti il olub, Belə ki, dənizin isti dalğaları planetin riflərinin 84%-nin ağarmasına və bəzi hallarda ölməsinə səbəb olub. Mərcan rifləri dəniz həyatının təxminən dörddəbirini dəstəkləyir.

Alimlər vurğulayıblar ki, mərcanları bərpa etmək üçün dünya iqlim dəyişikliyi ilə mübarizə səylərini kəskin şəkildə artırmalıdır ki, temperaturu sənayedən əvvəlki orta göstəricidən cəmi 1 dərəcə Selsi aşağı salsın.

Avstraliyadakı CSIRO İqlim Elmləri Mərkəzinin baş elmi işçisi Pep Kanadell bildirib: “Yeni hesabat açıq şəkildə göstərir ki, iqlim dəyişikliyinin mənfi təsirlərinin miqyası və fəsadları ildən-ilə artır”.

Milli siyasətlərə əsasən, bu əsrdə dünyada təxminən 3,1 dərəcə istiləşmə gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri