Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Dünya liderləri COP30 ərəfəsində iqlim siyasətini gücləndirməyə çağırıblar

Dünya liderləri COP30 ərəfəsində iqlim siyasətini gücləndirməyə çağırıblar

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 24 aprel, AZƏRTAC

Çərşənbə günü, aprelin 23-də BMT-nin təşkilatçılığı ilə keçirilən virtual sammitdə təşkilatın Baş katibi Antonio Quterreş və Braziliya Prezidenti Luiz İnasio Lula da Silva böyük iqtisadiyyatlardan və iqlimə həssas ölkələrdən 17 milli lideri bir araya gətiriblər. Məqsəd Bakıda baş tutan və mühüm qərarların qəbul edildiyi uğurlu COP-29 iqlim konfransından sonra Braziliyada keçiriləcək COP30 ərəfəsində qlobal iqlim ambisiyasını gücləndirmək olub.

AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, sammit Paris Sazişi çərçivəsində qlobal fəaliyyəti gücləndirmək və 2025-ci ildə elan ediləcək daha güclü milli iqlim planları üçün impuls yaratmaq üçün liderlərin birgə səfərbərlik strategiyasının bir hissəsi idi.

Bağlı qapılar arxasında keçirilən və iki saat davam edən tədbirdə Çin, Avropa İttifaqı, Afrika İttifaqı, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası və inkişaf etməkdə olan kiçik ada dövlətləri iştirak edib. A.Quterreş bu sammiti milli liderlərin bir müddət ərzində müstəsna olaraq iqlimə yönəlmiş və güclü birləşdirici mesaj daşıyan ən müxtəlif görüşlərindən biri kimi xarakterizə edib. O deyib: “Bu gün eşitdiyimiz kimi, dünya irəliləyir. Tam sürətlə irəlidədir. Heç bir qrup və ya hökumət təmiz enerji inqilabını dayandıra bilməz”. O, bir çox liderin “güclü ümidverici mesaj” adlandırdığı şəkildə rəsmi olaraq Milli Səviyyədə Müəyyən Edilən Töhfələr (NDC) kimi tanınan iddialı yeni iqlim planlarını mümkün qədər tez çatdırmağı vəd etdiyini sbildirib.

Tədbirdə videoformatda çıxış edən Çinin Sədri Si Cinpin rəsmi Pekinin yenilənmiş NDC-lərin bütün iqtisadi sektorları və bütün istixana qazlarını əhatə edəcəyini təsdiqləyib. O əlavə edib ki, bu, iqlim fəaliyyəti üçün son dərəcə vacib olan bir amildir. Çin lideri vurğulayıb ki, bu vədlər növbəti onillik üçün cəsarətli bir yol xəritəsi çəkmək üçün həyati bir fürsət təqdim edir və ən əsası, qazıntı yanacaqlarından bərpaolunan mənbələrə ədalətli keçidi sürətləndirməyə şərait yaradır. Si Cinpin ölkəsinin bərpaolunan enerji mənbələrindən istifadə, xüsusən təmiz nəqliyyat vasitələri – elektromobillərin istehsalı üzrə qazandığı nailiyyətlərdən də danışıb.

Bərpaolunan enerji mənbələrinin əsrin iqtisadi fürsəti olduğunu qeyd edən liderlər vurğulayıblar ki, bu, iqlim “cəhənnəmindən” yeganə çıxış yoludur. Sammitdə qeyd olunub ki, hazırda təmiz enerji sektoru inkişaf edir, bu sahədə iş yerləri yaradılır və aparılan elmi tədqiqatlar da bu sektora ciddi dəstək verir.

Sammitə yekun buran BMT-nin rəhbəri qeyd edib ki, bərpaolunan enerji mənbələrinin qiymətləri kəskin şəkildə aşağı düşüb və enerji suverenliyinə və təhlükəsizliyinə ən etibarlı yol olan uçucu və bahalı qazıntı yanacağından istifadəni azaltmaq istiqamətində mühüm addımları atılıb. Onun sözlərinə görə, cari planlar həyata keçirilərsə, 2015-ci il Paris Sazişindən bəri qlobal istiləşmə proqnozları bu əsrdə 4 dərəcə Selsidən 2.6 dərəcəyə qədər azala bilər. Lakin bu, hələ də temperatur artımını sənayedən əvvəlki səviyyəyə - 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırmaqdan geri qalır.

Baş katib liderləri bu hədəfə uyğun olaraq, bütün istixana qazları və sektorlarını əhatə edən milli planlar təqdim etməyə və 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq üçün tam öhdəlik götürməyə çağırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Aprel 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri