Alimlərdən xəbərdarlıq Günəş sistemi gözləniləndən daha tez dağıla bilər
Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.
Astrofiziklərin yeni hesablamalarına görə, Günəş sistemi əvvəllər düşünüldüyündən daha tez sabitliyini itirə bilər. Bunun əsas səbəbi Günəşin təkamülünün son mərhələlərində kütləsini qeyri-bərabər şəkildə itirməsidir.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar Günəşin maddəni impulsiv şəkildə kosmosa atacağını və bunun ulduzun cazibə qüvvəsinin daim dəyişməsinə səbəb olacağını müəyyən ediblər.
Bu proses Yupiter, Saturn, Uran və Neptunun orbitlərinin əhəmiyyətli dərəcədə deformasiyaya uğramasına gətirib çıxara bilər.
Kompüter simulyasiyalarının nəticələrinə əsasən, ssenarilərin 90 faizində Günəş ağ cırtdana çevrildikdən sonra Günəş sistemi üç milyard il ərzində tamamilə dağılır.
Tədqiqatın müəllifləri bildirirlər ki, əldə olunan nəticələr astronomları Kainatdakı planetar sistemlərin ömrü və sabitliyi ilə bağlı mövcud nəzəriyyələri əsaslı şəkildə yenidən nəzərdən keçirməyə vadar edə bilər.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 10 Noyabr 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















