Səfərdən qayıdan sürücülərə Xəbərdarlıq Video
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb.
“Qafqazinfo”nun xəbərinə görə, bildirilib ki, xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir.
“Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur.
Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə tövsiyə edir ki, səfər zamanı mütəmadi fasilələr versinlər, yuxusuz və yorğun halda avtomobil idarə etməsinlər.
Unutmayın, əsas məqsəd mənzil başına tez deyil, sağ-salamat çatmaqdır!”, - qurumun məlumatında bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 10 Noyabr 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















