Icma.az
close
up
RU
Alimlərdən xəbərdarlıq: Smartfon münasibətlər üçün gizli təhlükə yaradır

Alimlərdən xəbərdarlıq: Smartfon münasibətlər üçün gizli təhlükə yaradır

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, smartfondan həddindən artıq istifadə münasibətləri ciddi şəkildə zədələyə bilər. 

Qaynarinfo-nun məlumatına görə, "Journal of Personality" jurnalında dərc olunan araşdırma göstərib ki, "fabbing" adlanan hal - yəni partnyorun real ünsiyyət əvəzinə telefonuna daha çox vaxt ayırması - münasibətlərin keyfiyyətini aşağı salır, qəzəb və narahatlıq hissini artırır.

Tədqiqatda azı yarım ildir münasibətdə olan 196 yetkin iştirak edib. Onlardan on gün ərzində onlayn gündəlik aparmaq, partnyorlarının telefona nə qədər tez-tez baş vurduğunu və öz emosional reaksiyalarını qeyd etmək xahiş olunub.

Nəticələr göstərib ki, fabbingin artdığı günlərdə insanlar özlərini daha qəzəbli və narahat hiss edir, münasibətlərindən məmnuniyyət azalır. Xüsusilə də "narahat bağlılıq" tipinə sahib şəxslərdə özünəinamın düşməsi, depressiya əlamətlərinin güclənməsi və partnyoru təqlid edərək telefona yönəlmə meyli müşahidə olunub.

Araşdırmanın müəlliflərindən, dosent Kler Hart bildirib: "Diqqət onlar üçün daha vacib olan insanlar fabbing zamanı özlərini rədd edilmiş kimi hiss edir, daha asan əsəbiləşir və bəzən qisas məqsədilə nümayişkaranə şəkildə telefona qapılırlar".

Maraqlıdır ki, adətən münasibətlərdə məsafə saxlamağa üstünlük verən "qaçınan bağlılıq" tipli insanlar da fabbing zamanı daha çox diqqət istədiklərini etiraf ediblər. Alimlər bunun diqqətə ehtiyacın universallığını göstərdiyini vurğulayıblar.

Tədqiqatçılar qeyd edirlər ki, smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onların istifadəsinin emosional bağlılığı zədələdiyi məqamı düzgün anlamaq vacibdir. Gələcək araşdırmalarda fabbingin ürək döyüntüsü və stress səviyyəsinə təsiri də öyrəniləcək.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri