Icma.az
close
up
RU
Alimlərdən xəbərdarlıq: Smartfon münasibətlər üçün gizli təhlükə yaradır

Alimlərdən xəbərdarlıq: Smartfon münasibətlər üçün gizli təhlükə yaradır

Tribuna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq alimlər qrupu müəyyən edib ki, smartfondan həddindən artıq istifadə münasibətləri ciddi şəkildə zədələyə bilər.

Qaynarinfo-nun məlumatına görə, “Journal of Personality” jurnalında dərc olunan araşdırma göstərib ki, “fabbing” adlanan hal – yəni partnyorun real ünsiyyət əvəzinə telefonuna daha çox vaxt ayırması – münasibətlərin keyfiyyətini aşağı salır, qəzəb və narahatlıq hissini artırır.

Tədqiqatda azı yarım ildir münasibətdə olan 196 yetkin iştirak edib. Onlardan on gün ərzində onlayn gündəlik aparmaq, partnyorlarının telefona nə qədər tez-tez baş vurduğunu və öz emosional reaksiyalarını qeyd etmək xahiş olunub.

Nəticələr göstərib ki, fabbingin artdığı günlərdə insanlar özlərini daha qəzəbli və narahat hiss edir, münasibətlərindən məmnuniyyət azalır. Xüsusilə də “narahat bağlılıq” tipinə sahib şəxslərdə özünəinamın düşməsi, depressiya əlamətlərinin güclənməsi və partnyoru təqlid edərək telefona yönəlmə meyli müşahidə olunub.

Araşdırmanın müəlliflərindən, dosent Kler Hart bildirib: “Diqqət onlar üçün daha vacib olan insanlar fabbing zamanı özlərini rədd edilmiş kimi hiss edir, daha asan əsəbiləşir və bəzən qisas məqsədilə nümayişkaranə şəkildə telefona qapılırlar”.

Maraqlıdır ki, adətən münasibətlərdə məsafə saxlamağa üstünlük verən “qaçınan bağlılıq” tipli insanlar da fabbing zamanı daha çox diqqət istədiklərini etiraf ediblər. Alimlər bunun diqqətə ehtiyacın universallığını göstərdiyini vurğulayıblar.

Tədqiqatçılar qeyd edirlər ki, smartfonlar gündəlik həyatın ayrılmaz hissəsinə çevrilsə də, onların istifadəsinin emosional bağlılığı zədələdiyi məqamı düzgün anlamaq vacibdir. Gələcək araşdırmalarda fabbingin ürək döyüntüsü və stress səviyyəsinə təsiri də öyrəniləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Avqust 2025 21:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri